00:19 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Rüfət Aslanlı, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri

Azərbaycanda 4 bank bağlandı

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
22611

Rüfət Aslanlı: "Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda risklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsinə istiqamətlənib"

BAKI, 22 iyul — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin bank lisenziyaları ləğv edilib. "APA-Economics" xəbər verir ki, bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

Bank
© AFP 2018 / TIMOTHY A. CLARY

Onun sözlərinə görə, Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edib.

"Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda risklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib", — R. Aslanlı bildirib.

Adıçəkilən banklar Əmanətlərin Sığortalanması Fonduna üzvdür və əhalinin bu banklarda olan qorunan əmanətləri fond tərəfindən ödəniləcək. 22 iyul 2016-cı il tarixdən lisenziyaları ləğv olunmuş banklara MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. Palata sözügedən banklara ləğvedicinin təyin edilməsi barədə məhkəməyə müraciət edib və bu bankların gələcəkdə ləğvi MBNP-nın nəzarəti altında aparılacaq.

Əlaqədar

Azərbaycanda əhalinin ən çox narazılığına səbəb olan bank
"Mərkəzi Bank çevik addım atmasa, manatın durumu pis olacaq"
Banklar dövlətdən dollar tələb edir
"Kasıbların bankiri"ndən ibrətamiz açıqlamalar
50 milyon dollar 28 banka satılıb
Banklarla nə baş verir?
Teqlər:
"Zaminbank", "Parabank", "Kredobank", "Dekabank", MBNP, Rüfət Aslanlı, Direktorlar Şurası, Maliyyə Bazarlarına Nəzarət Palatası, lisenziya, bank

Əsas mövzular