00:24 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
1301

Şahmar Mövsümov: "Dövlət Neft Fondu öz portfelini müxtəlif valyutalarda saxlayır. Bunu ona görə edirik ki, bu dəyərsizləşmə ümimilikdə portfelimizə təsir etməsin"

BAKI, 12 iyul — Sputnik. "İngiltərə funt sterlinqi dəyərdən düşsə də, ABŞ dolları dəyərini artırıb. Bizdə isə portfelin 50 faizi dollardadır".

Dollarlar
© Sputnik / Mikhail Mordasov

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov deyib. O qeyd edib ki, hansısa valyutanın qiymətdən düşməsi nisbidir.

"Biz valyutaların arxasınca düşmürük, hansı qalxdısa, qaçıb ondan almırıq. Bu gün manatda da elə vəziyyətdir. Dollar qalxdı, hamı qaçdı dollar aldı. Sonra manat lazım olanda manat aldılar və uduzdular", — Ş. Mövsümov bildirib.

Onun sözlərinə görə, ARDNF portfelini müxtəlif valyutalarda saxlayır: "Bunu ona görə edirik ki, bu dəyərsizləşmə ümimilikdə portfelimizə təsir etməsin".

Əlaqədar

Bakıda 200 milyon dollar satıldı
Dolların məzənnəsi 1.55 manatı keçdi
Neft Fondu bankalara 50 milyon dollar satıb
Dollar bir qədər də bahalaşdı
50 milyon dollar 29 banka satılıb
Dolların məzənnəsi dəyişməz qaldı
Dolların sabah olan məzənnəsi
Teqlər:
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondu, ARDNF, funt sterlinq, İngiltərə, ABŞ, dollar

Əsas mövzular