09:15 27 May 2018
Canlı yayım
  • RUB0.0276
  • USD1.7000
  • EUR1.9906
Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı müzakirələr aparılıb

Azərbaycan, Rusiya və İran arasında üçtərəfli sənəd imzalanıb

© AZƏRTAC
İQTİSADİYYAT
Qısa URL
59 0 0

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələr arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq

BAKI, 2 iyul — Sputnik. Bakıda Azərbaycan, İran və Rusiya dəmiryolçuları arasında üçtərəfli görüş keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, görüşdə qurumun sədri Cavid Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. O, bildirib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələr arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.

C.Qurbanov Azərbaycan ilə İran dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlinin qoyulması, 1 mart 2016-cı ildən Astara stansiyasından İran dövlət sərhəddinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verildiyi barədə də məlumat verib: "Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır".

Sonra üçtərəfli görüşdə Azərbaycan tərəfinin Astara (Azərbaycan) — Astara (İran) birləşdirici xəttinin tikintisində, İran tərəfinin Qəzvin-Rəşt birləşdirici xəttinin tikintisində gördüyü işlər, Rusiya-Azərbaycan-İran və Rusiya-Azərbaycan-İran-Hindistan marşrutları üzrə və əks istiqamətdə yük daşınma həcminin artırılmasında "Rusiya Dəmir Yolları" ASC-nin iştirakı, Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsində də "Rusiya Dəmir Yolları" ASC-nin iştirak şərtləri müzakirə olunub.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıbr. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında" sazişə qoşulub.

Tədbirin sonunda müvafiq sənəd imzalanıb.

Əlaqədar

İranla Azərbaycanı birləşdirəcək dəmir yol körpüsünün təməli qoyuldu
Azərbaycan və İran arasında dəmir yolu körpüsünün təməli qoyulub
İran-Azərbaycan dəmiryol xətti ölkəmizə nə qazandıracaq?
Azərbaycan və İran dəmiryolları 2016-cı ildə birləşəcək
Dəmiryolu vağzallarında pulsuz “Wi-Fi” şəbəkəsi qurulacaq
Teqlər:
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi, "Azərbaycan Dəmir Yolları" QSC, İran, Rusiya, Azərbaycan, sənəd

Əsas mövzular