08:52 20 Yanvar 2018
Canlı yayım
Maliyyə sektoru

Azərbaycanda investorlar üçün ən riskli sahə maliyyə sektorudur

© REUTERS/ Russell Boyce
İQTİSADİYYAT
Qısa URL
52 0 0

Ekspert: "Son bir ildən artıq müddətdə maliyyə sektorunda davam edən böhran göstərdi ki, Azərbaycanın maliyyə sahəsində qanunvericiliyi problemlidir və investorları qorumur"

BAKI, 2 iyul — Sputnik. "Maliyyə sektoruna investisiyaların kəskin azalması bu sektorda olan risklərlə bağlıdır. Risklər artıb və qoyulan pulların qayıtmama ehtimalı çoxalıb".

Bank eksperti Əkrəm Həsənov
Facebook/ Akram Hasanov
Əkrəm Həsənov

Bunu bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib. Onun sözlərinə görə, maliyyə sektoru deyəndə, ilk növbədə bank sistemi nəzərdə tutulur: "Sığorta sistemi də ora aiddir. Amma, əsasən banklardır. Bankların problemli borcları artıb, əhali əmanətlərini çıxardır. Banklarda vəziyyət çox pis olduğu üçün investorlar üçün cəlbedici deyil. Çünki, bilirlər ki, pulları ən yaxşı halda onlara heç bir gəlir gətirməyəcək. Ən pis halda isə pulları heç qayıtmaya bilər".

"Bu problemə manatın devalvasiyası da təsir edir. Çünki, investisiya banklara və sığorta şirkətlərinə milli valyutada qoyulmalıdır. İnvestorlar manatın devalvasiyası təhlükəsinin qaldığını bildikləri üçün, başa düşürlər ki, manatla qoyduqları depozit, müəyyən dövrdən sonra dəyərdən düşə bilər", — deyə Ə. Həsənov bildirib.

Digər tərəfdən, ekspertin dediyinə görə, son bir ildən artıq müddətdə maliyyə sektorunda davam edən böhran göstərdi ki, Azərbaycanın maliyyə sahəsində qanunvericiliyi problemlidir və investorları qorumur: "Bu səbəblərə görə onlar investisiya qoymurlar. Bu dəqiqə kənd təsərrüfatı daha perspektivli sayılır. Çünki, dövlət xeyli güzəştlər edib, vergidən azadolmalar var və s. Ona görə də ora daha çox investisiya qoyurlar".

Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının 0,2 milyon manatı və ya 0,004%-i maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub. Ötən ilin eyni dövründə isə bu göstərici 17,8 milyon manat və ya 0,3% təşkil edib.

Bu sahəyə investisiyaların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalma müşahidə olunub. Müqayisəli qiymətlərlə əvvəlki ilin müvafiq dövrünə nisbətən sərmayə qoyuluşunun həcmi 89,7% azalıb.

Əlaqədar

Maliyyə bazarlarında böyük çalxalanma baş verəcək
Elman Rüstəmov maliyyə siyasətinin prioritetlərindən danışdı
Formula 1 Azərbaycanda maliyyə bazarına necə təsir göstərəcək?
Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışına başlayıb
"Prezidentin bu addımını maliyyə kapitanlarını yerində oturtmaq kimi qiymətləndirmək olar"
Maliyyə Bazarlarına Nəzarət Palatası kimlərə nəzarət edəcək?
Teqlər:
maliyyə sektoru, sərmayə, Əkrəm Həsənov, investisiya, siğorta, bank

Əsas mövzular