BAKI, 30 iyun — Sputnik. Prezident İlham Əliyev iyunun 30-da "Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sputnik AZƏRTAC-a istinadən xəbər verir ki, Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon manat ayrılıb.