20:20 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
İQTİSADİYYAT
Qısa URL
1126401

FED rəhbərliyi 2016-cı ildə bir dəfə uçot dərəcəsinin artırılması barədə qərar verib.

BAKI, 15 iyun — Sputnik. Federal Ehtiyatlar Sisteminin (FED) iki gün davam edən iclasın yekununda uçot dərəcəsinin dəyişməməsi ilə bağlı qərarı yekdilliklə qəbul edib.

“APA-Economics” xəbər verir ki, FED rəhbərliyi bu il bir dəfə uçot dərəcəsinin artırılmasına qərar verib.

İclasın yekununa həsr olunan protokolda bildirilir ki, ABŞ-da işsizliyin səviyyəsi azalır, lakin azalma tempi zəifləyib.

Bundan başqa, FED 2016 və 2017-ci il üçün iqtisadi artım tempi ilə bağlı proqnozlarını azaldıb. Belə ki, bundan öncə bu il üzrə iqtisadi artım 2,2% səviyyəsində gözlənilirdisə, ABŞ Mərkəzi Bankı proqnozunu 2%-ə endirib. Bununla yanaşı, 2017-ci ildə iqtisadiyatın 2,1% böyüyəcəyi proqnozlaşdırılsa da, hazırda proqnoz 2% üzərində qurulub.

Əlaqədar

"FED uçot dərəcəsini artırmasa belə, dollar ucuzlaşmayacaq"
FED uçot dərəcəsini artıracaq
FED-in qərarı manatın dollara nisbətən güclənməsinə səbəb olacaq
Teqlər:
uçot, Federal Ehtiyatlar Sistemi, ABŞ Mərkəzi Bankı, FED, ABŞ

Əsas mövzular