02:48 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230

Kimlərinsə havaya sovurduğu pulları biz qaytarmalıyıq?

İQTİSADİYYAT
Qısa URL
72 0 0

Ekspertlərin fikrincə, kommunal sahədə olan problemləri aradan qaldırmaq üçün bu sahə özəl sektorun idarəçiliyinə verilməlidir

Kimlərinsə havaya sovurduğu pulları biz qaytarmalıyıq?
BAKI, 26 may — Spurnik. Ötən illə müqayisədə 2015-ci ildə "Azərenerji"nin büdcə ödənişlərinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, dövlət büdcəsinə olan borclarının həcmi dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə borclarının 68,2%-ni təşkil etməklə yüksək olaraq qalmaqdadır. Bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub.

Nicat Hacızadə, iqtisadçı ekspert
© Photo : APA
Nicat Hacızadə, iqtisadçı ekspert

Dövlət büdcəsinə bu qədər borcun yaranması hardan qaynaqlanır və bu, sadə vətəndaşların güzəranına necə təsir göstərə bilər? İqtisadçı ekspert Nicat Hacızadə əsas səbəblərdən biri kimi ilk növbədə bu qurumların məsuliyyətsizliyini göstərir. "Borclarına kifayət qədər ciddi yanaşmırlar. Dövlət tərəfindən həmin qurumlara yetərincə subsidiyaların ayrılmasına və borclarının silinməsinə baxmayaraq, onlar hər il yenə də dövlətə borclu qalırlar", — deyə o, Sputnik-ə açıqlamasında bildirib.

İqtisadçının sözlərinə görə, borclu qalmalarının səbəblərindən biri də maliyyə resurslarının düzgün idarə edilməməsidir: "Çünki belə situasiyalarda xüsusən dövlətə borcu qalan dövlət şirkətlərində əsas problem ilk növbədə maliyyə resurslarının düzgün idarə edilməməsi sonra isə maliyyə resurslarının mənimsənilməsidir".

Ekspert iddia edir ki, belə borclanmanın yaranması ilk dəfə deyil: "Artıq bir neçə ildir ki, "Azərenerji" dövlətə borclu qalır, mənə elə gəlir ki, bu qurumda müvafiq struktur dəyişiklikləri aparılmalıdır. Maliyyə institutlarının idarə olunması ilə bağlı cəmiyyətə dolğun və şəffaf informasiya verilməzsə, borcun yaranma səbəbinin nə ilə bağlı olduğu haqqında ictimaiyyətə məlumat verilməzsə, bu hal 2017-ci il üçün də "Azərenerji"nin yenə də borc səviyyəsi olduğu kimi qalacaq. Bunun qarşısını almaq üçün şəffaflaşdırma və struktur dəyişikliklərinə ehtiyyac var".

Digər iqtisadçı Fikrət Yusifov isə deyir ki, belə külli miqdarda borcların yaranması iki səbəbdən ola bilər. Onun sözlərinə görə bu səbəblərdən biri əhalidən olan yığımlarla bağlıdır, digəri isə "Azərenerji"nin özündəki problemlərdən qaynaylanır

""Azərenerji" dövlət büdcəsindən və xarici maliyyə institutlarından aldığı böyük həcmdə vəsaitlərə adekvat xidmət göstərmir". Bunu isə Sputnik-ə açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib.

Samir Əliyev, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Samir Əliyev, iqtisadçı-ekspert

"Nəyə görə kimlərinsə səmərəsiz istifadə etdiyi pulların borcunu dövlət qaytarmalıdır? Yəni vergi ödəyiciləri, biz qaytarmalıyıq. Bir də nəyə görə bu sektora özəl sektor cəlb olunmasın? Özəl sektor olsa, dövlət büdcəsi də bu qədər yüklənməz və borc alanda da o borcu insanların belindən çıxmaz. O baxımdan mən bu məsələyə tənqidi yanaşıram", — mütəxəssis deyib.

S. Əliyev hesab edir ki, düzgün olmayan idarəetmənin törətdiyi fəsadlardan ən çox sadə vətəndaşlar əziyyət çəkir. Onun fikrincə, kommunal sahədə olan problemləri aradan qaldırmaq üçün bu sahə özəl sektorun idarəçiliyinə verilməlidir. İqtisadçı dövlət şirkətlərinin özəlləşdirilməsini hələlik real hesab etmir, eyni zamanda enerji daşıyıcılarının qiymətinin qalxacağını da istisna etmir.

"Azərenerji" ASC-nin mətbuat xidməti isə cəmiyyətin sonradan yaranan aylıq cari borclarının mütəmadi ödənildiyini bildirir.

Əlaqədar

Şəhid hərbçilərimizin kredit borcları bağlandı
Kredit borclarının törətdiyi dəhşətlər
Vergilər Nazirliyi 24 min sahibkarın vergi borcunu silib
"Azəriqaz" və "Azəristiliktəchizat" arasında borc məsələsi həll olundu
Vergi borcu olan şəxslərin ölkəni tərk etməsi məhdudlaşdırılacaq
İntihar edən şəxsin kredit borcu olmayıb
Teqlər:
Fikrət Yusifov, Nicat Hacızadə, dövlət büdcəsi, "Azərenerji", borc, Samir Əliyev

Əsas mövzular