Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Şahmar Mövsümov Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb

© REPORTŞahmar Mövsümov, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru
Şahmar Mövsümov, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru - Sputnik Azərbaycan
Abunə olmaq
Görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, ARDNF-nin 2016-cı il üzrə fəaliyyətinin nəticələri, Azərbaycanla BVF arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

BAKI, 20 may — Sputnik. Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümovla Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNF-dən verilən məlumata görə, görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, fiskal siyasət, maliyyə  və bank sektorlarındakı yeniliklər, ARDNF-nin 2016-cı il üzrə fəaliyyətinin nəticələri, Hökumət tərəfindən həyata keçirilən islahatlar, məzənnə siyasəti, Azərbaycanla BVF arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.  

Xəbər lenti
0