Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftdən asılılığımız hələ uzun müddət davam edəcək

© Sputnik / Murad OrujovNeft nasosları
Neft nasosları - Sputnik Azərbaycan
Abunə olmaq
Natiq Cəfərli: "Moody's" agentliyinin proqnozu reallığı əks etdirir və neftdən asılı olan ölkələrin yaxın illərdə çətinliklərlə üzləşəcəyini təsbit edir.

BAKI, 10 may-Sputnik. Rusiya iqtisadiyyatındakı resessiyanın yaxın iki ildə MDB ölkələrinin müstəqil kredit reytinqinə neqativ təsir göstərəcəyi ehtimal edilir.
"Moody's" beynəlxalq reytinq agentliyinin hesabatına görə, 9 MDB ölkəsindən 5-də Agentliyin neqativ iqtisadi proqnozu qalmaqda davam edəcək və bu, onların gələcəkdə suveren reytinqinin azaldılmasına səbəb ola bilər.

"Moody's" agentliyinin eksperti Kristin Lindou hesab edir ki, MDB ölkələri iqtisadiyyatları, maliyyə sektorları və büdcələrinin neft qiymətlərindən asılılığı davam etdirəcək: "Bu da yaxın iki il ərzində onların suveren reytinqlərinin artımını əngəlləyəcək". Bu ölkələr arasında Rusiya, Qazaxıstan və Azərbaycan da yer alıb.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə verdiyi açıqlamada deyib ki, "Moody's" agentliyinin proqnozu reallığı əks etdirir və neftdən asılı olan ölkələrin yaxın illərdə çətinliklərlə üzləşəcəyini təsbit edir.

"Bu həm də onu deməyə əsas verir ki, ən azı yaxın illərdə neft qiymətlərinin kəskin bahalaşmasını gözləmək əbəsdir. Ölkələrin reytinqlərinin azalması, aşağı düşməsi onların beynəlxalq kredit resurslarına çıxış imkanlarını məhdudlaşdırır. Bu anlamda, Azərbaycanın reytinqinin düşməsi bizim ölkəmizin də kreditə çıxış imkanlarını azaldacaq." — deyə ekspert əlavə edib.

Xəbər lenti
0