Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İran neft hasilatını azaldacaq

© AFP 2023 / OSMAN KARIMOVНефтяные насосы на Баилово, Баку
Нефтяные насосы на Баилово, Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bunu İranın Milli Neft Kompaniyasının (NIOC) nümayəndəsi Mohsen Kamsari bildirib.

BAKI, 7 may – Sputnik. İran neft hasilatının həcmini dondurmağa hazırdır.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İranın Milli Neft Kompaniyasının nümayəndəsi Mohsen Kamsari bildirib.

Daha əvvəl İran sanksiyaların tətbiqinə qədərki neft hasilatının həcmini yenidən bərpa (sutka ərzində 4 milyon barrel) etmək barədə istəyini açıqlamışdı.

Bu mövqe 17 apreldə neft istehsal edən ölkələrin Doha görüşündə vahid mövqeyə gəlinməməsinin səbəblərindən biri olub.

M.Kamsari bildirib ki, İran artıq istehsalda öz hədəfinə çatıb. OPEC-in hesablamalarına görə, neft hasilatı sutkada 4,2 milyon barrel təşkil edir.

“Biz neftin hasilatının dondurulması planına qoşula bilərik”Ş deyə o, əlavə edib.

Xəbər lenti
0