Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bəzi idxal malları vergidən azad olundu

© Sputnik / Ilham MustafaArıçılıq təsərrüfatı
Arıçılıq təsərrüfatı - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd təsərrüfatı məhsullarının istehsalında istifadə edilən malların idxalı və satışı ƏDV-dən azad olunub. İstifadəsiz qalmış torpaq sahələri üzrə isə vergi yükü artırılıb.

BAKI, 6 may — Sputnik. Bu gün parlamentin plenar iclasında Vergi Məcəlləsində dəyişikliklər müzakirə edilib. Sputnik xəbər verir ki, birinci dəyişiklik kənd təsərrüfatı məhsullarının istehsalında istifadə edilən malların idxalının və ölkə daxilində satışının əlavə dəyər vergisindən azad edilməsini nəzərdə tutur. Bu da yerli istehsalın maya dəyərini aşağı salmaqla, bu sahə üzrə rəqabətədavamlı ixrac məhsullarının istehsalını artıracaq. 

Dəyişikliyə əsasən, damazlıq heyvanların idxalı və satışı, toxum və tinglərin idxal və satışı, mineral gübrələr, pestisidlərin idxalı və satışı, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqları, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanları və quşlarının profilkatikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikanın idxalı və satışı ƏDV-dən azad olunur.

Milli Məclisin binası - Sputnik Azərbaycan
HADİSƏ
Əcnəbilərin Azərbaycanda yaşama şərtləri dəyişdirildi

İkinci dəyişiklik isə təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10 manat müəyyən edilməsini və dövlət büdcəsinə ödənilməsini, eyni zamanda təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilməsini və yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməsini nəzərdə tutur.

Məcəllənin 14-cü fəslində (torpaq vergisi) nəzərdə tutulan dəyişikliklər kənd təsərrüfatı təyinatlı və bu məqsədlərlə istifadə üçün yararlı olan, lakin istifadəsiz qalmış torpaq sahələri üzrə vergi yükünün artırılmasını nəzərdə tutur. Bu da öz növbəsində mülkiyyətçilər tərəfindən belə torpaqlardan geniş istifadə edilməsinə və bununla da kənd təsərrüfatı istehsalının genişləndirilməsinə zəmin yaradacaq.

Dəyişikliklərdə əsas məqsəd kənd təsərrüfatının inkişafı, bu sahədə investisiya qoyuluşları üçün əlverişli imkanların yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft ixrac potensialının artırılması, bu sahədə məşğulluğun artırılması və s. ibarətdir.

Dəyişikliklər səsə qoyularaq təsdiqlənib.

Xəbər lenti
0