05:16 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli

Türkiyə - Rusiya barışığına doğru kövrək addımlar

© AFP 2019 / POOL / IVAN SEKRETAREV
İQTİSADİYYAT
Qısa URL
52401

İdxal-ixrac əməliyyatlarının bərpa olunmasına dair danışıqlar başlayıb. İqtisadi sahədə normallaşmasına çalışılan münasibətlərin siyasi əlaqələrin "təmir" edilməsinə stimul verəcəyi bildirilir.

BAKI, 28 apr — Sputnik. Rusiyaya gedən Türkiyənin kənd təsərrüfatı üzrə nümayəndə heyəti, idxalı qadağan edilən məhsullarla əlaqədar qadağanın aradan qaldırılması istiqamətində danışıqlar aparıb. Bunu Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik jurnalistlərə açıqlamasında deyib. 

Müsbət görüşün keçirildiyini deyən nazir bildirib ki, idxalı müvəqqəti qadağan edilən məhsullarla bağlı Türkiyənin karantin (dərman qalığı kimi problemlərə qarşı) tədbirlərinə dair hesabat Rusiyaya verilərsə, qadağa aradan götürülə bilər. İki ölkə arasında fitosanitar sertifikatların müəyyən bir sistem üzərindən təsdiq edilməsi proqramının yaradılması da danışıqların müzakirə mövzusu olub.

Politoloq Elman Nəsirov
sputnik.az
Politoloq Elman Nəsirov

Türkiyəli nazir qeyd edib ki, Rusiyanın bu dəvəti müsbət addımdır, baxmayaraq ki, söhbət ümumi kənd təsərrüfatı məhsullarından getmir. Türkiyənin nümayəndə heyəti də rusiyalı həmkarlarını ölkəyə dəvət ediblər. O, əlavə edib ki, Rusiya badımcan, bibər, nar kimi məhsullara müvəqqəti məhdudiyyət tətbiq edib.

Siyasi münasibətlərin normallaşması üçün kövrək addımlar

Məsələ ilə əlaqədar millət vəkili Elman Nəsirov Sputnik-ə açıqlamasında bildirib ki, Rusiya ilə Türkiyənin kənd təsərrüfatı sahəsində başladıqları danışıqlar siyasi əlaqələrin bərpası üçün indiqator rolunu oynaya bilər. Onun fikrincə, bu danışıqları siyasi münasibətlərin normallaşması üçün kövrək addımlar adlandırmaq olar.

"Rusiya ilə Türkiyənin ticarət əlaqələri yüksək olub. İki ölkə arasında soyuq münasibətlər uzun müddət davam edə bilməz", —deputat əlavə edib.

"Bu məsələdə Türkiyə ilə Azərbaycan rəqibdir"

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə isə hesab edir ki, bu gün Türkiyənin kənd təsərrüfatı istehsalçılarının ixracatında ciddi maneə yaranıb. Və bu da kənd təsərrüfatına ciddi ziyan vurub.

"Hətta elə bir vəziyyət yaranıb ki, Türkiyənin kənd təsərrüfatı məhsullarının bir çoxunu dövlət özü satın alır. Türkiyənin Rusiya ilə apardığı danışıqlar, əsasən həmin məhsullar üzrə idi. Eyni zamanda, Rusiyanın da o məhsullara tələbatı, ehtiyacı var", —deyə ekspert Sputnik-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir sıra məhsullar var ki, Türkiyə ilə Azərbaycan Rusiya bazarında bir növ rəqib kimi çıxış edir: "Baxmayaraq ki, Türkiyənin həmin məhsullarını da azərbaycanlılar bazarlarda satırlar. Əgər bu proses bərpa olunarsa, Türkiyə iqtisadiyyatına çox müsbət təsir göstərəcək. Eyni zamanda, Azərbaycanın potensial ixracına müəyyən mənfi təsir göstərəcək".

"Əgər Rusiya alternativ təchizatçılar axtarırdısa, onlardan biri də Azərbaycan idi. Bu, öz aktuallığını itirə bilər. Çünki, Türkiyədə bir sıra məhsullar var ki, onlar Azərbaycanda da istehsal olunur. Türkiyədə bunlar böyük həcmdə istehsal olunur, çox yaxşı marketinq siyasətləri var, nəqliyyat daşımacılığı var", — E. Bağırzadə bildirib.

Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert
© Photo : Из личного архива Э. Багирзаде
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert

Dosent qeyd edib ki, əvvəl-axır Rusiya — Türkiyə əlaqələri bərpa olunacaq: "Amma əgər qısa müddətdə bu, bərpa olunacaqsa, Türkiyə üçün çox müsbət təsiri olacaq. Uzun müddətli perspektivdə bu, Azərbaycan üçün də problemlər yarada bilər. Eyni zamanda, onu da düşünək ki, Türkiyə məhsullarını Rusiya bazarlarında satanların elə əksəriyyəti azərbaycanlılardır. Onlar oradan gəlir əldə edib Azərbaycana transfer edirlər. Bu baxımdan bu prosesin qarşılıqlı təsiri var".

"Ümumi ixracatın 45 faizə yaxınını Rusiyaya etmişik"

Türkiyəli professor Güngör Uras deyib ki, Türkiyə üçün meyvə ixracında Avropa bazarından çox, Rusiya və İraq bazarları bu günə qədər əhəmiyyət daşıyırdı: "Alışdığımız bazarlarda bu il problem var. Meyvə və tərəvəz ixracatı həm istehsalçı, həm də ölkə iqtisadiyyatı baxımından əhəmiyyətlidir".

"2014-cü ildə ümumi ixracat gəliri 2 milyard 400 milyon dolar ikən, 2015-ci ildə 2 milyard dollara düşüb. Cəmi ixracat gəlirinin 600 milyon dolları tərəvəz, 600 milyon dolları meyvə ixracatından, 800 milyon dolları sitrus ixracatından gəlir", — mütəxəssis bildirib.

Onun sözlərinə görə, Türkiyədə meyvələrdən üzüm, albalı, nar, alma, tərəvəzlərdən isə pomidor, bibər və xiyar ən çox ixrac edilən məhsullardır: "2015-ci ildə ən böyük bazarımız Rusiya idi. Rusiyaya 900 milyon dollarlıq meyvə və tərəvəz ixrac etdik. Ümumi ixracatın 45 faizə yaxını Rusiyaya edilib".

Əlaqədar

Türkiyə ilə Rusiya arasında yeni media müharibəsi?
"Rusiyada Azərbaycan mağazalarının açılmasına ehtiyac var"
Əhməd Davudoğlu: Rusiya və Ermənistan bizi Minsk qrupunda görmək istəmir
Rusiya Türkiyədən bütün növ bitkiçilik məhsullarının idxalına qadağa qoya bilər
Teqlər:
Elşən Bağırzadə, Faruk Çelik, kənd təsərrüfatı, Elman Nəsirov, ərzaq, Rusiya, Türkiyə

Əsas mövzular