06:14 08 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0515
  • RUB0.0229

Neft yenə üzüaşağı getməyə başladı: Azərbaycanı nə gözləyir?!

İQTİSADİYYAT
Qısa URL
15901

Ekspertlər böhran vaxtı start götürən islahatların tempinin yavaşımasından narahatdırlar.

Neft yenə üzüaşağı getməyə başladı
BAKI, 8 aprel-Sputnik. Dünya Bankı bu il üçün qlobal neft qiyməti ilə bağlı proqnozunu aşağı salıb. Bankın nəşr etdiyi iqtisadi görünüş hesabatında bu il üzrə bir barel neftin orta qiymət proqnozu 53 dollardan 37 dollara endirilib. Hesabatda həmçinin neftin orta qiymətinin bu il 30 dollar səviyyəsinə düşə biləcəyi də qeyd edilib. 2017-ci ildə neftin orta qiymətinin 48 dollar qalxacağını proqnozlaşdıran bank 2018-ci il üçün orta qiymət təxminini 51,4 dollar edib.
Нефтяные насосы. Архивное фото
© AFP 2021 / Mark RALSTON

Dünya Bankının proqnozuna inansaq, qarşıdakı 3 ildə neftin bir barelinin qiyməti 50-55 dollardan yuxarı olmayacaq. İstər DB-nın proqnozu, istərsə də neftin qiymətinin hazırkı səviyyəsi onu göstərir ki, uzun müddət Azərbaycan üçün aparıcı olan neft sektoru əhəmiyyətini itirməkdədir.

Bəs, görəsən neftin qiymətinin bir neçə il təxminən 40-50 dollar arasında dəyişməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

İqtisadçı ekspert Pərviz Heydərov sözlərinə görə, neftin qiyməti ilə bağlı DB-nın, yaxud da başqa bir qurumun hansısa bir proqnoz verməsindən asılı olmayaraq, bu haqda nəinki uzun müddətli, hətta orta müddətli bir prespektivdə konkret fikir söyləmək mümkün deyil. Ekspert neft qiymətlərinin ölkə iqtisadiyyatına təsirindən də danışıb:

"Neftin büdcədə nəzərdə tutulan qiyməti bir barrel üzrə 50 dollardan 25 dollara salındı. Bu çox mühüm bir addım oldu. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bilavasitə cari il neftin dünya bazarlarındakı qiymətinin Azərbaycan iqtisadiyyatına gözlənilən ciddi təsirlərinin qarşısı xeyli alınmış oldu. Yəqin ki, növbəti illərdə də neftin büdcədəki qiyməti 25 dollardan yuxarı qaldırılmayacaq. Dünya bazarında da neftin qiymətinin döşəmə həddinin 40 dollar olduğunu nəzərə alsaq, 2016-cı ildən sonrada neftin qiymətinin ölkə iqtisadiyyatına təsirlərini gözləmirəm".

İqtisadi Tətdiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul isə bildirib ki, əgər neftin qiyməti bu səviyyədə qalarsa, bunun Azərbaycan iqtisadiyyatına təsiri böyük olacaq. Onun fikrincə, bu təsirin qarşısını almaq üçün ilk növbədə kiçik və orta sahibkarlıq inkişaf etdirilməlidir:

"Düzdür, bununla bağlı müəyyən ilkin addımlar atılıb, yol xəritəsi təsdiq olunub. 

Amma, mən son vaxtlar müşahidə edirəm ki, bu prossesdə də müəyyən yavaşımalar var. Biz əvvəl götürdüyümüz o sürəti xeyli aşağı salmışıq. Hesab edirəm ki, biz bu məsələlərlə bağlı gecikirik. Əgər sahibkarlığın inkişafı ilə bağlı vaxtında əsas addımları atmasaq təbii ki, bunun Azərbaycan iqtisadiyyatına böyük təsirləri olacaq. İqtisadiyyatın idxaldan asılılığının daha da güclənməsinə səbəb olacaq. İndiki dövrdə ən çox tələb olunan sahibkarlıq, vergi və gömrüklə bağlı islahatların sürətlə aparılmasıdır. Məsələn, gömrüklə bağlı islahatların aparılmasına başlanıldı, amma, müəyyən bir müddətdən sonra dayandırıldı. Azərbaycanda yerli istehsalın təşviqi üçün xammal kənardan gətirilir. Düzdür, bununla bağlı gömrükdə müəyyən addımlar atılır. Amma, ümumilikdə gömrükdə şəffaflıq artırılmalıdır. Sahibkarlar isə daha az vaxt və maliyyə itkisi ilə gömrük prosedurlarını həyata keçirilməlidir".

Qeyd edək ki, bu günə olan məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,25% azalaraq 39,53 dollar təşkil edib.

Əlaqədar

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan neft hasilatçılarının görüşündə iştirak edəcək
Neft 38 dollara düşdü
SOCAR dünyaya nefti neçəyə satdığını açıqladı
Neftdə kartlar yenidən qarışdırıldı
Teqlər:
Pərviz Heydərov, barel, Qalib Toğrul, Dünya Bankı, OPEC, dollar, neft

Əsas mövzular