15:08 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
İQTİSADİYYAT
Qısa URL
2101

Mərkəzi Bank: Məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb.

BAKI, 4 apr — Sputnik. Cari ildə manatın məzənnəsi bəyan olunmuş çevik məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb təklif nisbəti əsasında formalaşmaqdadır. Lakin, müəyyən de-dollarlaşma meyilləri şəraitində son günlər valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verməkdədir. 

Sputnik Mərkəzi Bankın saytına istinadla xəbər verir ki, bununla əlaqədar olaraq məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb.

Qeyd olunanları nəzərə alaraq Mərkəzi Bank 4 aprel 2016-cı ildə valyuta alışı hərracı keçirib və hərrac 0.4 mln. ABŞ dolları həcmində yekunlaşıb.

Əsas mövzular