07:56 25 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Центральный банк Азербайджанской Республики

Mərkəzi Bank: İqtisadi subyektlər üzən məzənnə rejiminə uyğunlaşıb

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
3401

İlin əvvəlindən bəri keçirilən 29 valyuta satışı hərracının 17-də təklif tələbi üstələyib.

BAKI, 15 mart — Sputnik. Cari ilin ötən dövrü üzrə valyuta bazarında baş verən proseslərin təhlili bir daha ajiotajın aradan qalxdığını və iqtisadi subyektlərin yeni rejimə tədricən uyğunlaşdıqlarını göstərir.

Bu barədə Mərkəzi Bankdan bildirilib.

Məlumatda deyilir ki, ilin əvvəlindən bəri keçirilən 29 valyuta satışı hərracının 17-də təklif tələbi üstələyib:

"Dövr ərzində məzənnə bazardakı tələb və təklif nisbətindən asılı olaraq formalaşıb, onun dinamikasında kəskin tərəddüdlər baş verməyib. Bundan başqa, ölkədə dedollarizasiya istiqamətində görülən tədbirlər də valyutaya tələbə təsir göstərən mühüm amillərdəndir. Dövlət qiymətli kağızlarının yüksək gəlirliklə yerləşdirilməsi, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin isə daha yüksək səviyyədə müəyyən olunması manata etimadın gücləndirilməsinə yönəlib.

Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək üçün Mərkəzi Bank cari ildə faiz dəhlizinin parametrlərinə də yenidən baxıb. Bütün bunlar valyuta bazarında stabilləşmə gözləntilərini gücləndirir. Mərkəzi Bank bundan sonra da valyuta bazarında yeni məzənnə rejiminə uyğun şəkildə iştirak edəcək".

Əsas mövzular