00:58 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Bankomat

Gələcəkdə pensiyaçılara ödəməyə pul tapılmayacaq

CC0 / 3dman_eu / bankomat
İQTİSADİYYAT
Qısa URL
53810

Ekspert özəl pensiya fondlarının yaradılmasını həm zəruri, həm də riskli hesab edir: "Bu addım müsbət nəticə də verə bilər, mənfi nəticə də. Yəni özəl fond müflis də ola bilər. Digər ölkələrdə belə hallar olub"

Bakı, 7 mart — Sputnik. "Azərbaycanda özəl pensiya fondlarının yaradılmasının vaxtı çatıb. Nə üçün? Dövlət Sosial Müdafiə Fondunun kifayət qədər daxili borcu var. Əmək pensiyalarının 3 hissəsi var — baza hissəsi, sığorta hissəsi, yığım hissəsi. Yığım hissəsini prinsipcə indi vermirlər. Bu, gənclər üçün çox vacibdir. Çünki, gənclər yeni işə başlayıblar. İşəgötürənlər Fonda köçürmələr edir. Onlar yığılırlar və 20-40 ildən sonra həmin gənclər pensiyaya çıxanda baza hissəsinin üzərinə yığım hissəsi də gələcək. Bu, gənclər üçün önəmlidir".

Fuad Rəsulov, Xəzər Universitetinin professoru
Fuad Rəsulov, Xəzər Universitetinin professoru

Bunu Xəzər Universitetinin professoru Fuat Rəsulov Sputnik-ə açıqlamasında deyib. Xarici təcrübəyə toxunan professor deyib ki, yığım hissəsinə gedən pullar bankda real pul kimi şəxsi hesaba otuzdurulur: "Azərbaycanda isə heç bir pensiyaçının bankda şəxsi hesabı yoxdur. Bunlar şərti olaraq virtual xarakter daşıyır. Bu gün təxminən 2 milyard manata qədər Dövlət Sosial Müdafiə Fondunun borcu var. Borcu var nə mənada? Gələcəkdə bu pulları pensiyaçılara vermək lazım olacaq. Ancaq bu pul yoxdur".

"Nə üçün deyirlər ki, özəl pensiya fondları investisiya fondlarıdır? Çünki, onlar bankda hesablar açırlar. Daxil olan pulları depozitə yerləşdirirlər. Bu günkü gündə fiziki şəxs banka gətirib fazilə depozit qoyur. Bank kreditlər verir və s. Nəticədə fiziki şəxs öz depozitinə görə bankdan faiz alır", —deyə F. Rəsulov bildirib.

Onun sözlərinə görə, eyni mexanizm özəl pensiya fondlarında da işləyir: "Yəni, pullar yerləşdirilir banklarda depozit hesablarında. İkincisi, ola bilər, özəl pensiya fondu hansısa perspektiv layihədə iştirak etsin və oraya investisiya qoysun. Hər bir halda o pullar yavaş-yavaş işləyir və özü-özündə də artırlar. Gələcəkdə pensiya üçün bunun böyük rolu var və pensiyalar arta bilər".

Professor deyib ki, eyni zamanda, özəl pensiya fondları riskli sahədir: "Çünki, qiymətli kağızlara pul qoya bilərlər. Gördünüz ki, böhran vaxtında dünyada qiymətli kağızlar bazarında qiymətlər necə aşağı düşdü. Özəl pensiya fondu risklərdən qorunmalıdır, sığortalanmalıdır. Aydındır ki, Dövlət Sosial Müdafiə Fondu risksiz bir fonddur. Çünki, arxasında dövlət özü durub. Amma özəl pensiya fondu özü riskə gedir. Bu alına da bilər, alınmaya da bilər. Müflis də ola bilər. Digər ölkələrdə belə hallar olub. Neçə ildir ki, hökumət özü də ölçüb-biçir ki, bu riskə gedək, yoxsa getməyək, icazə verək, yoxsa verməyək".

Onun fikrincə, özəl pensiya fondlarının yaranması pis olmaz: "İlk olaraq ən azı 1 özəl pensiya fondu yaradılsın. Sonra baxsınlar ki, necə işləyir. Əgər yaxşıdırsa, ondan sonra daha bir neçə özəl pensiya fondları yaradıla bilər".

Qeyd edək ki, martın 4-də Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin iştirakı ilə Bakıda keçirilmiş biznes-forumda Azərbaycanda yığım pensiya planlarının tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

E.Mehdiyev vurğulayıb ki, Azərbaycanın pensiya təminatı sisteminin uzunmüddətli maliyyə dayanıqlığına və pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Beynəlxalq ekspertlərlə birgə ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi sahəsində hazırlanan dövlət sığorta-pensiya sistemində real yığım komponentinin tətbiqinə dair və qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin təşkilinə aid iki yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdıran Fond sədri bildirib ki, həmin qanun layihələrində könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması və effektiv idarəetmə sisteminin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapıb. Bundan əlavə, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlərin tətbiqi də nəzərdə tutulub.

İqtisadi münasibətlərdə yeni bazar iqtisadiyyatı aləti olan yığım pensiya planlarının təşəkkül tapması ilə birincisi, maliyyə bazarı iştirakçılarına (özəl fondlar və ya banklar) davamlı likvidliyi qorumağa və "uzun pullar" əldə etməyə imkan verən iqtisadi mühitin formalaşdırılması, ikincisi idarəetmədən gələn gəlirlərin pensiya şəklində vətəndaşa çatdırılmasını əks etdirən birbaşa nəticənin olması, üçüncüsü uzun müddətli səmərə hesab olunan ölkənin pensiya sistemini gələcək maliyyə dayanıqlığı və əvəzetmə əmsalının artımının əldə edilməsi hədəflənir.

Əlaqədar

Əmək pensiyalarının baza hissəsi artırıldı
Maliyyə Nazirliyi: Qiymətlər qalxsa, pensiyalar artırılacaq
DSMF: Pensiya kartlarında hər hansı dəyişiklik baş verməyib
Azərbaycanda 14 mindən çox dövlət qulluqçusu pensiya alır
İyun ayı üzrə əmək pensiyaları vaxtından əvvəl maliyyələşdirilib
Teqlər:
özəl pensiya fondları, Elman Mehdiyev, Fuat Rəsulov, Dövlət Sosial Müdafiə Fondu, pensiya

Əsas mövzular