Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycana gətirilən təzə və qurudulmuş meyvələr on dəfələrlə baha satılır

© Vladimir Fedoryenko / Mediabanka keçidНа рынке в г.Дербент
На рынке в г.Дербент - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: İnhisarçı məmurlar xarici ölkələrdən qəpik-quruşa aldıqları quru meyvələri Azərbaycan bazarında 20-30 dəfə baha qiymətə satışa çıxarır.

BAKI, 1 mart-Sputnik. İnhisarçı məmurlar xarici ölkələrdən qəpik-quruşa aldıqları quru meyvələri Azərbaycan bazarında 20-30 dəfə baha qiymətə satışa çıxarır.

Bu fikri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ölkəyə gətirilən təzə və qurudulmuş meyvələrin idxal dəyərini şərh edərkən deyib.

Sputnik-in məlumatına görə, V.Məhərrəmov sözügedən məsələyə öz facebook hesabında belə aydınlıq gətirib: "Dostlar, qarşıdan Novruz Bayramı gəlir. İndidən bayram tədarükü görənlər var. Xatırladım ki, inhisarçı məmurlar xarici ölkələrdən qəpik-quruşa aldıqları quru meyvələri Azərbaycan bazarında 20-30 dəfə baha qiymətə satışa çıxarır."

Ekspert ölkəyə gətirilən təzə və qurudulmuş meyvələrin idxal dəyərini təqdim edib. Qiymətlər 1 kq nisbətindədir.
Ananas (təzə və ya qurudulmuş) — 23 qəpik
Qurudulmuş qara gavalı — 33 qəpik
Limon (qurudulmuş) — 30 qəpik
Qurudulmuş üzüm — 37 qəpik
Qurudulmuş ərik — 31 qəpik
Təzə üzüm — 24 qəpik
Portağal — 24 qəpik
Laym — 23 qəpik
Alma — 24 qəpik
Armud — 26 qəpik
Qabıqlı qoz — 49 qəpik
Qabıqlı püstə — 95 qəpik
Qabıqlı şabalıd — 37 qəpik
Hind qozu (quru) — 31 qəpik
Qabığı təmizlənmiş qoz — 75 qəpik
Qabığı təmizlənmiş badam — 35 qəpik
Keşyü fındığı (qabığı təmizlənmiş) —37 qəpik.

Qeyd edək ki, bazarlarda meyvə və meyvə quruları real idxal dəyərindən dəfələrlə baha satılır.

Sputnik əməkdaşının apardığı monitorinqə görə, üzümün 1 kq-ı 2,5-4,5 manata, portağal 1,3-2 manata, alma 1 — 4,5 manata, armud 2-3 manata, quru gavalı — 8-12 manata, quru ərik — 10-18 manata, kişmiş 7-28 manata, şabalıd 9-22 manata, qabıqlı qoz 4-6 manata, qoz ləpəsi 12-25 manata, badam ləpəsi 14-25 manata və. s. satılır.

Göründüyü kimi meyvələrin idxal qiymətləri ilə satış qiymətləri arasındakı fərq 10 dəfələ böyükdür.

Xəbər lenti
0