07:57 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
29610

Ekspert: İnhisarçı məmurlar xarici ölkələrdən qəpik-quruşa aldıqları quru meyvələri Azərbaycan bazarında 20-30 dəfə baha qiymətə satışa çıxarır.

BAKI, 1 mart-Sputnik. İnhisarçı məmurlar xarici ölkələrdən qəpik-quruşa aldıqları quru meyvələri Azərbaycan bazarında 20-30 dəfə baha qiymətə satışa çıxarır.

Bu fikri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ölkəyə gətirilən təzə və qurudulmuş meyvələrin idxal dəyərini şərh edərkən deyib.

Sputnik-in məlumatına görə, V.Məhərrəmov sözügedən məsələyə öz facebook hesabında belə aydınlıq gətirib: "Dostlar, qarşıdan Novruz Bayramı gəlir. İndidən bayram tədarükü görənlər var. Xatırladım ki, inhisarçı məmurlar xarici ölkələrdən qəpik-quruşa aldıqları quru meyvələri Azərbaycan bazarında 20-30 dəfə baha qiymətə satışa çıxarır."

Ekspert ölkəyə gətirilən təzə və qurudulmuş meyvələrin idxal dəyərini təqdim edib. Qiymətlər 1 kq nisbətindədir.
Ananas (təzə və ya qurudulmuş) — 23 qəpik
Qurudulmuş qara gavalı — 33 qəpik
Limon (qurudulmuş) — 30 qəpik
Qurudulmuş üzüm — 37 qəpik
Qurudulmuş ərik — 31 qəpik
Təzə üzüm — 24 qəpik
Portağal — 24 qəpik
Laym — 23 qəpik
Alma — 24 qəpik
Armud — 26 qəpik
Qabıqlı qoz — 49 qəpik
Qabıqlı püstə — 95 qəpik
Qabıqlı şabalıd — 37 qəpik
Hind qozu (quru) — 31 qəpik
Qabığı təmizlənmiş qoz — 75 qəpik
Qabığı təmizlənmiş badam — 35 qəpik
Keşyü fındığı (qabığı təmizlənmiş) —37 qəpik.

Qeyd edək ki, bazarlarda meyvə və meyvə quruları real idxal dəyərindən dəfələrlə baha satılır.

Sputnik əməkdaşının apardığı monitorinqə görə, üzümün 1 kq-ı 2,5-4,5 manata, portağal 1,3-2 manata, alma 1 — 4,5 manata, armud 2-3 manata, quru gavalı — 8-12 manata, quru ərik — 10-18 manata, kişmiş 7-28 manata, şabalıd 9-22 manata, qabıqlı qoz 4-6 manata, qoz ləpəsi 12-25 manata, badam ləpəsi 14-25 manata və. s. satılır.

Göründüyü kimi meyvələrin idxal qiymətləri ilə satış qiymətləri arasındakı fərq 10 dəfələ böyükdür.

Əlaqədar

Bu meyvə sizi sərxoş olmağa qoymayacaq
İflic və insult risqini azaldan meyvə
Bu meyvə əsəblərinizi sakitləşdirəcək
Bu meyvə saçları ağarmağa qoymur
Möcüzəvi bitki: təkcə meyvə deyil, bir şəfa mənbəyidir
Teqlər:
Vahid Məhərrəmov, idxal, ekspert, bazar

Əsas mövzular