18:42 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
İQTİSADİYYAT
Qısa URL
77 0 0

Mariam Valişvili: Azərbaycanla müqavilənin müəyyən şərtlərinin yenidən nəzərdən keçirilməsi üçün işlər aparılır.

BAKI, 25 fev-Sputnik. Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili deyib ki, ölkənin qaz təminatı ilə bağlı "Qazprom"la danışıqlar davam etdiriləcək. Onun sözlərinə görə, "Qazprom"la danışıqlar tranzit xidmətləri ilə bağlıdır.

"Biz prinsipial olaraq, bu xidmətlərin haqqının pulla ödənilməsinin əleyhinə deyilik. Lakin burada ödənişin məbləğinə baxmaq lazım gələcək" — deyə Valişvili bildirib.

Sputnik "Qruziya Online" saytına istinadla xəbər verir ki, Azərbaycanla danışıqlar məsələsinə gəlincə, Valişvili Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin Bakıya fevralın 29-da səfər edəcəyini deyib. O, qeyd edib ki, planlaşdırılan səfər çərçivəsində iki ölkə qaz idxalı ilə bağlı əməkdaşlığın yeni prinsiplərinə dair razılığa gələ bilər.

Nazir müavininin dediyinə görə, K.Kaladze Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında iştirak edəcək.

Valişvili deyib ki, Azərbaycanla müqavilənin müəyyən şərtlərinin yenidən nəzərdən keçirilməsi üçün işlər aparılır: "Bura qiymət, qiymət siyasəti, nəqlin həcmi, eyni zamanda texniki detallar daxildir. İşçi qrupları optimallaşdırma ilə bağlı iş aparır və artıq müəyyən nəticələr var. Ümid edirik ki, energetika nazirinin Bakıya səfəri çərçivəsində tərəflər gələcəkdə işlərin hansı istiqamətdə davam etdirilməsi prinsipləri üzrə razılığa gəlinəcək".

M.Valişvili həmçinin qeyd edib ki, Ermənistana nəql olunan Rusiya qazının Gürcüstan ərazisindən tranzitinə görə ödənişin forması ilə bağlı "Qazprom" şirkəti ilə danışıqlar yekun nəticə əldə olunana qədər davam edəcək: "Biz dünya təcrübəsində də olan pulla kompensasiyaya qarşı deyilik. Amma bu onun hansı məbləğdə olmasından asılıdır".

Əlaqədar

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb
Azərbaycan, Gürcüstan və Qazaxıstan birgə konsorsium yaradacaq
Azərbaycan, Gürcüstan, Rusiya: qaz ixracına üç baxış
Avropa Gürcüstan və Ukrayna vətəndaşları üçün viza rejimini ləğv edir
Ekspert: Gürcüstan son dövrlərdə Azərbaycana qarşı nankorluq etdi
Teqlər:
Rusiya, Ermənistan, qaz, Qazprom, Kaxa Kaladze, Mariam Valişvili, Gürcüstan

Əsas mövzular