Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu duman çəkilərsə, ölkəyə böyük pullar gələ bilər

© AFP 2023 / OLIVIER MORINTütün tarlası
Tütün tarlası - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Tütünçülük gəlir gətirən sənayelərdən hesab olunur və belə olan halda onun Azərbaycanda həm perspektivi, həm potensialı var"

Bu duman çəkilərsə, ölkəyə böyük pullar gələ bilər
BAKI, 9 fev — Sputnik. İqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədov tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri ilə görüşüblər. Görüşdə tütünçülüyün inkişafı məsələləri müzakirə edilib. Vurğulanıb ki, bu sahəyə marağın daha da artırılması məqsədilə stimulaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq.
Siqaret - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tütün məhsulları yenidən bahalaşdı

"Görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcək. 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox — 3 min hektar sahədə tütün əkiləcək, bu sahədə çalışanların sayı isə ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq", —deyə görüşdə vurğulanıb.

Qeyd olunub ki, bu tədbirlər fermerlərdən yaş tütünün alış qiymətinin ciddi şəkildə artırılmasına imkan yaradacaq. Görüşdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla, I növ yaş tütünün bir kiloqramını 25 qəpiyə (2015-ci ildə 1 kq üçün 16 qəpik), II növ yaş tütünün bir kiloqramını isə 15 qəpiyə (2015-ci ildə 1 kq üçün 8 qəpik) qəbul ediləcəyini bildiriblər.

Natiq Cəfərli - Sputnik Azərbaycan
TƏHLİL
Ekspert: Prezident əhalinin tütün və alkoqol həssaslığını nəzərə aldı

İqtisadçı ekspert Nicat Hacızadənin sözlərinə görə, Azərbaycanda tütün sənayesi perspektivli sahə hesab olunur. O, Sputnik-ə açıqlamasında bildirib ki, tütün sənayesi Azərbaycanda postsovet dövründə belə, əsas inkişaf etmiş sənayelərdən hesab olunurdu: "Müstəqillikdən sonra tütün sənayesi və müəssisələrin bir hissəsi dayanıb. Belə olan halda biz tütünçülük sənayesinin bir qədər durğunlaşması və demək olar ki, sıradan çıxmasının şahidi olduq. Təbii ki, sırf olaraq neft və neft sektorundan gələn gəlirlərin çoxluğu qeyri-neft sektorunun inkişafını ləngitdi".

"Qeyri-neft sektorunun tərkibinə daxil olan əsas predmetlərdən biri də tütünçülük sənayesinin özüdür. Tütünçülük gəlir gətirən sənayelərdən hesab olunur və belə olan halda onun Azərbaycanda həm perspektivi, həm də potensialı var", —ekspert bildirib.

Lakin ekspert tütün sənayesinin 2016-cı ilin sonunadək tam inkişaf edəcəyinə inanmır. Onun sözlərinə görə, bu proses daha çox vaxt aparacaq: "Azərbaycanda tütün məmulatlarının istehsalı çox aşağı səviyyədədir və ölkənin daxili təlabatını ödəmir. Ölkəyə idxal olunan tütünün əksər hissəsi keyfiyyətsiz olduğu üçün Azərbaycanda keyfiyyətli tütün istehsalı mümkündür".

Ədədlə siqaret satışı - Sputnik Azərbaycan
Siqaretlər ucuzlaşıb, amma ən zəif satılanlar

O, hesab etmir ki, bu sahə 2016-cı ilin sonunadək tam inkişaf etsin: "Çünki bunun üçün plan hazırlanmalıdır. Bu plan hazırlansa öz effektini ancaq 2017-ci ilin sonunadək verə bilər. Tütünçülük inkişaf etdirilərsə, 2017-ci ildə ölkədaxili təlabatı tam ödəyə bilər, 2018-ci ildən isə Azərbaycan tütün bazarlarına çıxa bilər".

N. Hacızadənin sözlərinə görə, Azərbaycan tütünü dünya bazarlarına çıxarsa, bu, öz növbəsində xarici valyutanın ölkəyə gətirilməsinə səbəb olacaq: "Lakin bunun üçün əvvəlcə beynəlxaql standartlara cavab vermək və rəqabətə davam gətirmək lazımdır".

Xəbər lenti
0