14:38 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Neft buruğu

Diqqətlər Vaşinqtonda: neft erasını bitirəcək qərar verilə bilər

Виктор Филатов/РИА Новости
İQTİSADİYYAT
Qısa URL
96310

ABŞ prezidenti Barak Obama neftin bir barelinə görə 10 dollar vergi alınmasını təklif edəcək. Qərar qəbul olunarsa, "qara qızıl" dünyadakı əhəmiyyəti xeyli dərəcədə itirə bilər

BAKI, 5 fev — Sputnik. ABŞ prezidenti Barak Obamanın gələn həftə açıqlayacağı 2017-ci il büdcə təklifi daxilində, neft şirkətlərindən çıxardıqları hər bir barel neft üçün 10 dollar vergi alınmasını təklif edəcəyi bildirilir. ABŞ-da neftin barel qiyməti bu dövrdə 30-35 dollar arasında seyr edir.

Нефтяные насосы. Архивное фото
AP Photo/Hasan Jamali

Sputnik Hurriyet-e istinadən xəbər verir ki, Barak Obama təmiz nəqliyyat və enerji sərmayələrinin maliyyələşdirilməsi üçün neft şirkətlərindən çıxardıqları hər barel neft üçün 10 dollar vergi alınmasını təklif edəcək. Ağ Evdən edilən yazılı açıqlamada neft şirkətlərinin istehsal etdikləri hər barel üçün 10 dollar vergi ödəməsinin Amerikanın təmiz nəqliyyat sərmayələrini 50 faiz artıracağı, ayrıca nəqliyyat sisteminin gələcəyini şəkilləndirməyə köməkçi olacağı qeyd olunub.

Digər tərəfdən, son 2 ildə 70 faizə yaxın dəyər itirən neft qiymətləri üzündən çətin günlər yaşayan neft şirkətləri Obamanın təklifinə şiddətlə qarşı çıxıb.

Xəbəri Sputnik-ə şərh edən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, adətən yüksək vergini məhsula ona görə tətbiq edirlər ki, həmin məhsula tələbat yüksək deyil. Belə ki, neftə vergi tətbiq olunarsa, bunda məqsəd neftə alternativ olan enerji mənbələrindən istifadə olunmasına nail olmaqdır.

"10 dollar vergi neftin mövcud qiymətinin təxminən üçdə biri qədərdir. Bu, kifayət qədər böyük vergidir. Bu, ABŞ-da neftə olan tələbatı kəskin azalda bilər. Bu zaman şirkətlər alternativ enerjidən istifadə etməkdə maraqlı olacaq. ABŞ-da bazara neft çıxarmaqda şirkətlərin də marağı azalacaq", — ekspert vurğulayıb.

ABŞ-ın dünyada ən çox neft istehlak edən ölkə olduğunu deyən iqtisadçının dediyinə görə, Amerikanın istehlakçı olaraq neftin dünya bazar qiymətlərinə təsir etmək imkanları var: "Bu, tətbiq olunarsa, dünya bazarlarında neftin qiymətinin kəskin azalmasına gətirib çıxardacaq. Çünki, ABŞ-da neftin tələbatı azalacaq. Bu da təkliflə tələb arasında ciddi fərq formalaşdıracaq".

Ровшан Агаев
Личный профиль на Фейсбуке
Ровшан Агаев

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev də öz "Facebook" səhifəsində məsələyə münasibət bildirib. Obamanın neft pulları hesabına neftdən asılılığı azaltmaq üçün yeni plan təklif etdiyini yazan ekspertin sözlərinə görə, 2017-ci il büdcəsi üçün irəi sürülən bu təkif reallaşsa, neft şirkətləri hasil etdikləri hər barrel neft üçün 10 dollar haqq ödəyəcəklər.

"Toplanan vəsaitin ABŞ-da neft məhsulları ilə işləyən nəqliyyatın əvəzində ekoloji təmiz nəqliyyat sisteminin qurulmasına yönəldilməsi nəzərdə tutulur — söhbət alternativ enerji əsasında çalışan nəqliyyat sistemindən gedir", —deyə R. Ağayev yazır.

Əlaqədar

OPEK-in digər istehsalçılarla danışıqlarından sonra neft bahalaşa bilər
Neft bahalaşmaqda davam edir
"Artıq kim necə bacarırsa, neftini elə satır"
Dünya Bankı neftin orta illik qiyməti üzrə proqnozunu endirib
Neftin qiymətləri neqativ dinamikaya qayıtmağa başlayıb
Videokörpü: neft qiymətlərinin düşməsi və Xəzəryanı dövlətlərin iqtisadiyyatı
Teqlər:
Azərbaycan, Rövşən Ağayev, Vüqar Bayramov, Barak Obama, ABŞ, qara qızıl, neft

Əsas mövzular