04:06 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
Rusiya bazarında tərəvəz satışı

Moskvadan Bakıya çağırış: "Bizə "Made in Azerbaijan" pomidorları lazımdır"

© Sputnik / Maxim Bogodvid
İQTİSADİYYAT
Qısa URL
311911

Vahid Məhərrəmov: "Rusiyanın özündə istehsal olunan pomidor ekoloji cəhətdən təmiz məhsuldur. Baxmayaraq ki, istixana şəraitində bunu əldə etmək çətindir. Təəssüflər olsun ki, biz həmin səviyyəyə istehsalı çatdıra bilməmişik".

BAKI, 5 fev — Sputnik. Rusiya Prezidentinin iqtisadiyyat məsələləri üzrə müşaviri Sergey Qlazev Azərbaycana yönəlik maraqlı açıqlamalar verib. Sputnik "Moskva-Baku" portalına istinadən xəbər verir ki, Qlazevin sözlərinə görə, Azərbaycan məhsulları Rusiyada yaxşı tanınır, amma piştaxtalarda meyvə-tərəvəzin çoxunun mənşəyini alıcılar müəyyən etməkdə çətinlik çəkir.

"Əgər rusiyalı istehlakçılar məsələn, pomidorlarda "Made in Azerbaijan" brendini görsələr, biləcəklər ki, bu, Azərbaycanın məhsuludur və nəticədə ona tələbat artacaq", —deyib müşavir.

Sergey Qlazev qeyd edib ki, keyfiyyətinə görə Azərbaycanın kənd təsərrüfatı məhsulları tanındığı üçün, onlara tələbat çoxdur: "Əgər xalq tələbatı mallarından danışsaq, bu sahədə Rusiya bazarında tanınmaq lazımdır. Ona görə də brendləşmə bu istiqamətdə atılmış düzgün addımdır".

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Sputnik-ə açıqlamasında deyib ki, Rusiyanın özündə kənd təsərrüfatı sahəsində çox ciddi irəliləyişlər var: "Rusiyanın tərkibində olan Qafqaz respublikalarında, Rusiyanın cənub vilayətlərində ən müasir texnologiyanı tətbiq edirlər. Onların istehsal etdikləri pomidor ekoloji cəhətdən təmiz məhsuldur. Baxmayaraq ki, istixana şəraitində bunu əldə etmək çətindir. Təəssüflər olsun ki, biz həmin səviyyəyə istehsalı çatdıra bilməmişik".

"Azərbaycan 2015-ci ildə 2014-cü ilə nisbətən təxminən 10 milyon dollardan artıq meyvə-tərəvəz ixrac edib. Ancaq ölkədə 2014-cü ilə nisbətən 2015-ci ildə idxalın həcmi 28 milyon dollar artıb. Bu da onu deməyə əsas verir ki, hələ biz özümüzü təmin edə biləcək qədər meyvə-tərəvəz istehsal edə bilmirik", —ekspert bildirib.

Onun fikrincə, pomidoru "Made in Azerbaijan" brendi ilə tanıtmaq hələ tezdir: "Hələ çox işlər görməliyik. Son iki ildə ümumiyyətlə, biz gözləyirdik ki, yenilik, dəyişiklik olar, ancaq görürük ki, kənd təsərrüfatında çox ciddi geriləmələr var. Baxmayaraq ki, keçən il "Kənd təsərrüfatı ili" elan olunmuşdu, kifayət qədər əlavə maliyyə vəsaiti kənd təsərrüfatına ayrılmışdı. Kənd Təsərrüfatı Nazirliyi öz öhdəsinə düşən vəzifəni demək olar ki, yerinə yetirə bilmədi".

"Hazırda Azərbaycan Rusiyaya hansı kənd təsərrüfatı məhsulları ixrac edir?" sualına V. Məhərrəmov belə cavab verib: "Azərbaycan Rusiyaya tərəvəz məhsullarından xiyar, pomidor, xüsusilə faraş kartof ixrac edir. Biz kartof ilə də özümümzü təmin edə bilmirik. Faraş kartof Rusiyada yaxşı qiymətə tələb olunduğu üçün, sahibkarlarımız bir hissəni Rusiyaya ixrac edirlər. Meyvələrdən əsasən alma, xurma, nar Rusiyaya ixrac edilir. Gilənar, sitrus meyvələri az həcmdə göndərilir".

Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert
© Sputnik / Anar Mustafayev
Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert

Azərbaycan Avrasiya İttifaqına üzv olarsa, bunun kənd təsərrüfatının inkişafına necə təsir edəcəyinə gəlincə, mütəxəssis hesab edir ki, Azərbaycan öz istiqamətini yalnız Avrasiya İttifaqına götürsək, irəliləyiş əldə edə bilməyəcəyik: "Yaxşı olar ki, bizim Avrasiya İttifaqı, Avropa, digər ölkələrlə ticari əlaqələrimiz yaxşılaşdırılsın. Çalışmalıyıq ki, çoxşaxəli ticari əlaqələrimizi yaxşılaşdıraq. Azərbaycanın torpaq-iqlim şəraiti imkan verir ki, biz çoxlu sayda kənd təsərrüfatı məhsulları istehsal edib, hətta Avropaya çıxardıb yaxşı qiymətə sataq. Ancaq Avrasiya İttifaqında rəqiblərimiz artıq demək olar ki, müəyyən problemlərlə üzləşirlər. Məsələn, Qazaxıstan Belarus ilə bu sahədə problemlər yaranıb. Bu, torpaq-iqlim şəraiti ilə bağlıdır. Onların istehsal etdikləri məhsullar baha başa gəlir. Hətta idxal-ixrac ilə bağlı statistik məlumatları əldə etməkdə çətinlik çəkirlər. Bu da onlara aqrar siyasəti müəyyənləşdirməkdə müəyyən problemlər yaradır. Məsələn, Qazaxıstandan Rusiyaya gedən məhsul artıq orda sərhəd götürülüb deyə onun hesabatı aparılmır. İdxal-ixrac ilə bağlı dəqiq məlumat əldə etmədikləri halda, gələcək işləri necə quracaqları ilə bağlı ciddi çətinliklər ilə qarşılaşırlar".

Əlaqədar

Qışda bu tərəvəzləri mütləq yeyin
Göy və bənövşəyi rəngdə meyvə və tərəvəzlər nə ilə faydalıdır?
Ət, meyvə-tərəvəz, taxıl ucuzlaşıb, yumurta və bal bahalaşıb
Meyvələrin insan orqanizminə xeyri
Möcüzəvi bitki: təkcə meyvə deyil, bir şəfa mənbəyidir
Qan xərçənginin qarşısını alan meyvə
Teqlər:
Avrasiya İttifaqı, pomidor, Sergey Qlazev, Rusiya Prezidenti, Vahid Məhərrəmov, Rusiya, Azərbaycan

Əsas mövzular