Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

BVF Azərbaycana böhrandan çıxmaq üçün yardım etməyə hazır olduğunu bildirib

© euractiv.comBVF
BVF - Sputnik Azərbaycan
Abunə olmaq
Kristin Laqard: "Azərbaycan və Nigeriyaya yardım lazım olarsa, Beynəlxalq Valyuta Fondu qeyd-şərtsiz buna hazırdır."

BAKI, 4 fev-Sputnik. "Azərbaycan və Nigeriyaya yardım lazım olarsa, Beynəlxalq Valyuta Fondu (BVF) qeyd-şərtsiz buna hazırdır".

Sputnik "APA-Economics"ə istinadla xəbər verir ki, bu barədə "Reuters" agentliyinə BVF-nin icraçı direktoru Kristin Laqard bildirib.

Onun sözlərinə görə, hər iki ölkə neftin qiymətinin aşağı düşməsindən zərər çəkib. Lakin Azərbaycan böhrandan çıxmaq üçün düzgün addımlar atır.

"Azərbaycan düzgün fiskal yanaşma nümayiş etdirir, xərcləri azaldır və öz mövqeyini bərpa etmək üçün addımlar atır. Nigeriya hələlik lazımi islahatları həyata keçirə bilməyib" — deyə Laqard bildirib.

Xəbər lenti
0