Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Böhranla əlləşən şirkətlərimiz üçün ümid qapısı

CC BY 2.0 / Ninara / Tehran Waterfall Park and a new Tehran districtUS Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program
US Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program - Sputnik Azərbaycan
Abunə olmaq
Sanksiyalardan sonra İranın, ümumi dəyəri 300 milyard dolları aşan neft-qaz investisiyaları başlayır. Qərb şirkətləri ehtiyatlı addımlarla cənub sərhədlərimizə çatanadək, Azərbaycanın iş adamları bu fürsətdən yararlana bilər.

BAKI, 22 yan-Sputnik. Qərbin tətbiq etdiyi sanksiyalar götürüldükdən sonra, İran böyük investisiyalar imkanı qazanıb. Artıq rəsmi Tehran xarici şirkətlərin ölkəyə dəvət ediləcəyi mesajını verib. Bəs, bu prosesdə Azərbaycan şirkətlərinin iştirakı mümkündürmü?

Tehran - Sputnik Azərbaycan
İran sanksiyalardan sonra: nələr olacaq?

İqtisadçı-ekspert Samir Əliyev məsələ ilə əlaqədar Sputnik-ə fikrini belə şərh edib: "İranda bizim üçün şanslı bazar açılıb. Bu prosesdə, ilk növbədə SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti —red.) iştirak edə bilər".

"Eyni zamanda, kənd təsərrüfatı sahəsində əməkdaşlıq daha da genişlənə bilər. Hər bir halda Azərbaycan iştirak edə bilər və düşünürəm ki, etməlidir", —deyə ekspert bildirdi.

İqtisadçı ekspert Vüqar Bayramlı da məsələyə nikbin yanaşır. "Azərbaycan şirkətləri üçün İran yeni bazardır. İrana qarşı sanksiyaların götürülməsi Azərbaycan şirkətləri üçün yeni imkanların yaranması deməkdir. Bu, birmənalı şəkildə imkan verir ki, Azərbaycan şirkətləri İran bazarına daxil ola bilsinlər. Nəzərə alaq ki, hələlik Azərbaycan şirkətlərinin investisiya imkanları Qərb və digər ölkələr ilə müqayisəyə gəlmir", —deyə o, Sputnik-ə açıqlamasında bildirdi.

© NeytralSamir Əliyev - iqtisadçı
Samir Əliyev - iqtisadçı - Sputnik Azərbaycan
Samir Əliyev - iqtisadçı

Bununla belə, V. Bayramov Azərbaycan şirkətlərinin iki mühüm üstünlüyünün olduğunu qeyd etdi: "Birincisi sanksiyaların aradan götürülməsinə baxmayaraq, hələ də Qərb şirkətləri İran bazarına daxil olmaqda tərəddüd edirlər və bu da zaman alacaq. Xüsusən İranın siyasi davranışı, İranla münasibətlərin necə dəyişməsi Qərb şirkətlərinin diqqət mərkəzində olacaq".

"Onlar öz müşahidələri əsasında qərar verəcəklər. Bu da təbii ki, zaman alacaq. Bu, Azərbaycan şirkətləri və İranla qonşu olan ölkələrin şirkətləri üçün həm də bir şans kimi qiymətləndirilə bilər", —deyə ekspert vurğuladı.

İkinci səbəbə gəlincə, V. Bayramov hesab edir ki: "Azərbaycan ilə İran qonşudur, nəqliyyat xərcləri ucuzdur. Bu da imkan verir ki, şirkətlərimiz İran bazarına daxil ola bilsin. Bu bir üstünlük kimi qiymətləndirilə bilər".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Azərbaycan şirkətlərinin İranda hansı sektorlara investisiya qoya bilməsi məsələsində, mütəxəssisin fikrincə, daha çox nəqliyyat və eyni zamanda, bank sektorunda investisiya imkanları var: "Təbii ki, xidmət və yüngül sənaye sahələrinə də Azərbaycan şirkətlərinin çıxış imkanları var. Amma nəqliyyat sektorunda, xüsusən yükdaşımalarında şirkətlərimiz investisiya həyata keçirə bilər. Uzun müddət İran banklarına tətbiq edilən sanksiyalar bu ölkənin bank sektorunun beynəlxalq maliyyə sistemindən kənarda qalmasına gətirib çıxarıb. Bu da imkan verir ki, Azərbaycan şirkətləri həmin bazara girə bilsin. İran qapalı olduğuna görə xidmət sektoru zəif inkişaf edib. Baxmayaraq ki, xidmət sektorunda tələbin ödənilməsi baxımından daha innovativ, daha cəlbedici xidmət növlərinin bu sektora gətirilməsi mümkündür. Təbii ki, bu da Azərbaycan şirkətləri tərəfindən həyata keçirilə bilər".

"Enerji sektorunda da Azərbaycanın üstünlüyü var. Amma neftin qiymətinin aşağı düşməsindən sonra bu, SOCAR-ın maliyyə imkanlarına təsir göstərdi. Güman etmirəm ki, SOCAR İranda ciddi iş həyata keçirə biləcək. Hər halda danışıqlar gedir", — deyir iqtisadçı.

O hesab edir ki, SOCAR İran bazarına daxil ola bilər, amma bu, daha çox neftin dünya bazarındakı qiymətindən asılı olacaq: "Yəni, neftin qiyməti stabilləşərsə, yüksələrsə, o zaman SOCAR da İranın enerji sektoruna daxil ola bilər. Amma indiki məqamda SOCAR-ın maliyyə resursları xarici investisiyaları genişləndirmək imkanları vermir".

Bəs, Azərbaycan şirkətlərinin fəaliyyəti beynəlxalq standartlara cavab verirmi? V. Bayramovun sözlərinə görə, bəzi şirkətlərimiz beynəlxalq standartlara uyğun gəlir: "Azərbaycan şirkətləri üçün bir üstünlük ondan ibarətdir ki, xarici şirkətlər İrana gec girəcək. Qısa müddətdə bu, olmayacaq. Baxmayaraq ki, hazırda Böyük Britaniya şirkətləri gəlir və danışıqlar aparır. Təbii ki, bu, zaman alacaq. Sözsüz ki, bizim bütün yerli şirkətlərimizdə beynəlxalq standartların formalaşdığını söyləmək mümkün deyil. Amma fəaliyyətini beynəlxalq standartlara uyğun quran şirkətlərimiz var. Hələlik İran bazarı çox rəqabətli olmadığına görə, bu, Azərbaycan şirkətlərinə müəyyən qədər manevr imkanları verir".

"Sanksiyalardan sonra İranın, ümumi dəyəri 300 milyard dolları aşan neft və qaz investisiyalarına türk şirkətləri də qatıla biləcək". Sputnik xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Əli Reza Bikdeli demişdi.

Sanksiyalardan sonra ölkəsinin atacağı addımları, Türkiyə ilə imzalana biləcək mümkün sazişləri dəyərləndirən səfir Türkiyə ilə əməkdaşlığa önəm verdiklərini söyləyib: "Niyə də olmasın?! Biz eyni dindən olan qonşu dövlətlərik. Siyasi əlaqələrin qorunması Türkiyə-İran iqtisadi və ticari əlaqələrində əks oluna bilər".

Əlirza Biqdeli - Sputnik Azərbaycan
İrandan Türkiyəyə mühüm mesaj
"Beynəlxalq sanksiyaların aradan qalxmasından sonra İranın büdcəsinə külli miqdarda maliyyə axını olacaq. Biz bu axını doğru yerlərə yönəldə bilmək üçün Türkiyənin təcrübəsinə ehtiyac duya bilərik. 300 milyard dolları aşan neft və qaz sektoruna türk iş adamlarını dəvət edə bilərik", — deyə səfir bildirib.

İranın ilk mərhələdə enerji, nəqliyyat və istehsal sahələrinə diqqət ayıracağını deyən səfir, ölkə məhsullarının ixracatı üçün yeni bazarlar axtarışına da strat veriləcəyini bildirib: "Sənayenin yenilənməsi ilə birlikdə İran məhsullarının keyfiyyətində də artım olacağı dəqiqdir. Və biz bu məhsulları xaricə daha çox ixrac edə bilmək üçün yeni bazarlar axtarmalıyıq. Bununla bağlı planlarımız hazırdır".

Əli Reza Bikdeli əlavə edib ki, neftdən başqa təbii qazın Türkiyə vasitəsilə Avropaya nəqli də gündəmədir: "Bu çox ciddi və gəlirli layihədir. Bu sahədə əməkdaşlıq sırf ticari məqsəd daşımır və daşımamalıdır. Bu layihə iki ölkə arasında çox güclü iqtisadi əlaqələr üçün də zəmanətdir. Avropa Birliyi ölkələri necə ki, öz aralarında əməkdaşlığı gücləndirməyə çalışırsa, eyni şeyi Türkiyə və İran da etməlidir".

Xəbər lenti
0