06:30 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
Sanksiyaların ləğvindən sonra İran-Azərbaycan əlaqələri (11)
220 0 0

Ekspert: "Bunu müsbət addım kimi dəyərləndirmək olar. Amma bunun böyük gəlirlər gətirəcəyi ehtimalı aşağıdır. Çünki, İran ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi bəllidir"

BAKI, 20 yan — Sputnik. "Əslində dünyanın bütün ölkələrində gömrük rejimlərinin böyük əksəriyyətində 24 saatlıq iş rejimi var. Azərbaycan ilə İranın gömrük-buraxılış məntəqələrinin işi sutkalıq rejimə keçərsə, həm yüklərin, həm də insanların daha tez və asan gömrük xidmətindən istifadə etməsinə imkan yaranacaq".

Bunu Sputnik-ə açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Eksper bildirib ki, əgər bir sıra əngəllər olmazsa, bu, hər iki ölkənin ticarət dövriyyəsinin artmasına səbəb ola bilər.

"Bunu müsbət addım kimi dəyərləndirmək olar. Amma bunun böyük gəlirlər gətirəcəyi ehtimalı aşağıdır. Çünki, İran ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi bəllidir. Ticarət dövriyyəsinin həcminin artmasının yeganə səbəbi sutkalıq iş rejimi deyil", —iqtisadçı vurğulayıb.

"Bildiyim qədər Gürcüstanla gömrük-keçid xidməti 24 saat fəaliyyət göstərir", —deyə ekspert əlavə edib.

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

Qeyd edək ki, tezliklə Azərbaycan və İran hər iki ölkənin gömrük-buraxılış məntəqələrinin işini sutkalıq rejimə keçirəcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov bildirib.

"Hazırda gündəmdə olan məsələ yüklərin, habelə sərnişinlərin keçid şərtlərini daha da sadələşdirməkdən ibarətdir. Sərhəd keçid məntəqələrinin fəaliyyətini genişləndirmək üçün digər ölkələrlə də danışıqlar aparılır", — deyə Ş.Bağırov qeyd edib.

Mövzu:
Sanksiyaların ləğvindən sonra İran-Azərbaycan əlaqələri (11)

Əlaqədar

Gömrükdə 10 min dollaradək olan güzəşt ləğv edildi
Prezidentin gömrüklə bağlı verdiyi fərman rüşvət sistemini zəiflədəcək
Azərbaycanla Türkiyə gömrük məsələləri üzrə birgə komitə yaradırlar
Oqtay Haqverdiyev: Gömrük komitəsi DİN-ə birləşdirilməlidir
Bakı-Tbilisi-Qars ilə bağlı gömrük proseduru sadələşdiriləcək
Texnologiyaya aid məhsullar gömrük rüsumundan azad edilib
Teqlər:
İran, Azərbaycan, Şahin Bağırov, Dövlət Gömrük Komitəsi, gömrük

Əsas mövzular