22:39 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
138521

Prezidentin fərmanı ilə gömrük sahəsində bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanda dəyişiklik edilib

BAKI, 13 yan — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sputnik xəbər verir ki, sənədə əsasən, "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli fərmanının 1-ci hissəsi ləğv edilir.

Qeyd edək ki, fərmanın 1-ci hissəsi belə idi: "Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir".

Əlaqədar

Azərbaycanla Türkiyə gömrük məsələləri üzrə birgə komitə yaradırlar
Oqtay Haqverdiyev: Gömrük komitəsi DİN-ə birləşdirilməlidir
Texnologiyaya aid məhsullar gömrük rüsumundan azad edilib
Teqlər:
İlham Əliyev, Prezident, fərman, rüsum, gömrük

Əsas mövzular