Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

SOCAR ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb

© 365news.bizSOCAR
SOCAR - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 38,21 dollara, Urals nefti - 37,03 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 38,54 dollara satılıb.

BAKI, 5 yan-Sputnik. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin dekabr ayında 91 315 ton dizel yanacağı, 8052 ton təyyarə yanacağı, 8598 ton yüksək təzyiqli polietilen, 1294 ton mütləqləşdirilmiş izopropil spirti, 9339 ton maye piroliz qətranı, 1981 ton propilen və 2400 ton butilen butadien fraksiyası ixrac edib.

Sputnik SOCAR-ın saytına istinadən xəbər verir ki, ümumilikdə, 2015-ci ilin yanvar-dekabr ayları ərzində 965 788 ton dizel yanacağı, 236 532 ton təyyarə yanacağı, 280 ton soba mazutu, 8598 ton yüksək təzyiqli polietilen, 1294 ton mütləqləşdirilmiş izopropil spirti, 9339 ton maye piroliz qatranı, 1981 ton propilen və 2400 ton butilen butadien fraksiyası ixrac edilib.

Нефтяные платформы в Каспийском море - Sputnik Azərbaycan
SOCAR nefti hara satsın?

2015-ci ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 437,45 dollar, təyyarə yanacağı — 362,95 dollar, dizel yanacağı — 328,74 dollar, 1% kükürdlü mazutun qiyməti isə 164,85 dollar təşkil edib.

Dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 38,21 dollara, Urals nefti — 37,03 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 38,54 dollara satılıb.

SOCAR 2015-ci ilin dekabr ayında Supsa limanından 253 506 ton, Ceyhan limanından 1 852 763 ton xam neft ixrac edib.

Ümumilikdə yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 270 108 ton, Supsa limanından 2 794 905 ton, Ceyhan limanından isə 17 931 458 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xəbər lenti
0