17:54 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Manatın devalvasiyası "yolkalar"ı da vurdu

İQTİSADİYYAT
Qısa URL
Azərbaycan valyutasının ucuzlaşması (22)
162 0 0

Satıcılar deyir ki, insanlar bayram aksessuarları almağa maraq göstərmirlər

Manatın devalvasiyası "yolkalar"ı da vurdu
BAKI, 29 dek-Sputnik. 2016-cı ili qarşılamağımıza sayılı günlər qaldığından paytaxt Bakıda Yeni İl hazırlıqları sürətlənib. Şəhərin müxtəlif yerlərində, insanların kütləvi toplaşdıqları məkanlarda küknar ağacları quraşdırılıb, mərkəzi küçələr müxtəlif işıq effektləri ilə bəzədilib. Eyni zamanda, Yeni İlin simvolu sayılan Şaxta baba və Qar qız da öz yerlərini alıblar. Xırda ticarətçilər də iş başındadırlar. Küçələrdə bayram şamlarından tutmuş Şaxta baba papağınadək müxtəlif bayram aksessuarları satılan piştaxtalar saysız-hesabsızdır.

"Sputnik"in əməkdaşı paytaxtın müxtəlif yerlərində bayram yarmarkalarını xatırladan satış mərkəzlərinə baş çəkib.

Metronun "İnşaatçılar" stansiyası ətrafında yalnız yerli istehsal olan küknar ağacları satılır ki, onların da qiyməti 20 manatdan başlayır, xaricdən gətirilənlər isə 50 manatdan təklif olunur. Amma satıcılar deyir ki, qiyməti baha olan xarici küknar ağaclarını alan azdı, demək olar ki, yox dərəcəsindədir. Bayram ağacının bəzək əşyaları isə bu qiymətlərə təklif olunur: 6 ədəd xırda oyuncaq 5 manat 50 qəpik, nisbətən böyükləri 8 manat, asılmaq üçün lazım olan mini-şam ağacı fiqurları 7 manat, oyuncaq meymunlar ölçüsündən asılı olaraq 5-10 manat, zərlər isə 1 manat 50 qəpik və 3 manat arasında dəyişir.

Bayram aksessuarları
Sputnik
Bayram aksessuarları

Şəhərin Hüseyn Cavid prospektində yerləşən "Ağ çiçəyim" gül salonun satıcısının sözlərinə görə, Yeni İldə küknar ağacı bəzəmək ənənəsi Azərbaycanda da geniş yayılıb əvvəllər bayram aksessuarlarına maraq olsa da, devalvasiyadan sonra münasibət dəyişilib: "Qiymətlər də ucuzdur. Satılan şarlar 10-50 qəpik, süni küknar ağacları  ölçüsündən asılı olaraq 50-850 manat, ağacı bəzəmək üçün lazım olan aksessuar 6-50 manat, Şaxta baba 5-250 manat, Şaxta babanın paltarları 15-320 manat, müxtəlif növlü maskalar isə 5-10 manat arasında satışa çıxarılıb".

Söhbətləşdiyimiz satıcının sözlərinə görə, bu il satış çox zəifdir: "Çeşid bolluğudur. Ancaq "yolkalar" xaricdən gəldiyindən qiymətlərdə artım var".

Növbəti üz tutduğumuz məkan şəhərin mərkəzi olur. Hər il olduğu kimi Nizami küçəsində də piştaxtalar quraşdırılaraq bayrama aid müxtəlif aksessuarlar satırlar. Eyni zamanda buradakı bir neçə mağazaya baş çəkib qiymətlərlə də maraqlandıq. Satıcılar deyir ki, keçən illə müqayisədə bu il alver nisbətən sönükdür, baxmayaraq ki, qiymətlər dəyişməyib.

Satıcılar bildirdilər ki, gün ərzində cəmi 4-5 alıcımız olur ki, onların da çoxu qiymətlərlə maraqlanmaqla kifayətlənir.

Mövzu:
Azərbaycan valyutasının ucuzlaşması (22)

Əlaqədar

Manat yenə ucuzlaşdı
Bayram günlərində heç 2 manata da 1 dollar tapa bilməyəcəyik
Mərkəzi Bank 1 dolların 2 manat olması məsələsinə aydınlıq gətirdi
Dollar sabah iki manat ola bilər
Teqlər:
Nizami, Ağ çiçəyim, Hüseyn Cavid, yolka, Yeni il, Qar qız, Şaxta Baba

Əsas mövzular