23:56 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Нацбанк АР

Mərkəzi Bankın rezervləri dəhşətli dərəcədə aşağı düşüb

www.cbar.az
İQTİSADİYYAT
Qısa URL
11601

Mərkəzi Bankın rezervləri daha 300 milyon dollar azaldı.

BAKI, 25 dek-Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) dekabr ayının 21-25-də mütəşəkkil banklararası valyuta bazarında təxminən 300 mln. ABŞ dolları həcmində intervensiya həyata keçirib. Bununla da AMB-nin valyuta ehtiyatları artıq 5,1 mlrd. dollara yaxınlaşıb.

Sputnik Report-a istinadla xəbər verir ki, analoji azalma tempi davam edərsə, artıq Yeni il bayramına qədər Mərkəzi Bankın sərəncamında olan valyuta rezervləri 7 illik minimuma enərək (artıq 6 illik minimum təkrarlanıb) 5 mlrd. dollar həddindən aşağı düşəcək.

Qeyd edək ki, ötən həftə (ikinci devalvasiya ərəfəsində) AMB mütəşəkkil banklararası bazarda 493 mln. dollar həcmində valyuta satıb.

Dekabrın 8-də Azərbaycan Dövlət Neft Fondunun valyuta satışını dayandırmasından sonra bazarda əməliyyatlara başlayan AMB-nin həmin həftənin son 4 iş günü ərzində intervensiyası 255 mln. dollar olub. Yəni ötən iki həftəyə AMB ümumilikdə təxminən 748 mln. dollarlıq valyuta satışı həyata keçirib.

Əlaqədar

Sanksiyalar Azərbaycan banklarına da mənfi təsir göstərəcək
Banklara lisenziyaların verilməsi üçün rüsum 2 dəfə azaldıldı
Devalvasiyadan sonra banklardakı məzənnə
Azərbaycan əhalisinin banklarda 7,2 milyard manat əmanəti var
Milli Bank manatın taleyinə aydınlıq gətirdi
Teqlər:
devalvasiya, rezerv, valyuta, Azərbaycan Mərkəzi Bankı

Əsas mövzular