05:48 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
4101

Vüqar Bayramov: FRS-nin qərarı manata psixoloji təzyiqi artıracaq.

BAKI, 17 dek-Sputnik. ABŞ Federal Rezerv Sisteminin (FRS) dolların baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırması barədə qərarının dünya ölkələrinin milli valyutalarına və iqtisadiyyatlarına təsiri dünya mətbuatının əsas mövzusuna çevrilib.

Bu hadisəni Sputnik-ə şərh edən İqtisadçı-ekspert Samir Əliyev deyib ki, FRS-nin qərarı manatın devalvasiyası üçün heç bir əsas yaratmır: "Belə bir fikir var ki, manatın devalvasiyası olacaq, ancaq FRS qərarının bu tipli təsiri yoxdur, sadəcə məzənnə dəyişikliyi kimi təsiri var. Bu gün manatın məzənnəsini bazar müəyyən etmir. Əgər manatın məzənnəsini bazar müəyyən etsəydi, yəni üzən məzənnə olsaydı, FRS-nin qərarından sonra biz görərdik ki, dollar manata münasibətdə təxminən bir faizə qədər dəyişib. Azərbaycanda dolların məzənnəsini Mərkəzi Bank müəyyən etdiyinə görə, FRS-nin qərarının manata birbaşa təsiri yoxdur".

İqtisadçı ekspert Vüqar Bayramov da FRS qərarının Azərbaycan manatına ciddi təsir etməyəcəyi qənaətindədir. V.Bayramov Trend-ə bildirib ki, FRS-nin qərarı heç də manatın kəskin itirəcəyi ilə bağlı əsas yaratmır: "Psixoloji təzyiqin artacağı gözlənilir, çünki FRS-nin hansı qərar qəbul edəcəyi uzun müddət idi ki, Azərbaycan cəmiyyətində müzakirə olunurdu. Hətta manatın məzənnəsini FRS-nin qərarı ilə əlaqələndirməyə çalışırdılar ki, bu da cəmiyyətdə manatla bağlı müəyyən psixoloji fikrin formalaşmasına gətirib çıxarmışdı. Bu baxımdan manata psixoloji təzyiq artacaq, amma iqtisadi baxımdan FRS-nin qərarı manata ciddi təsir etmir. Çünki Azərbaycanda valyuta bazarı inzibati yolla tənzimlənir. Azərbaycanda FRS-nin siyasəti tətbiq edilmir. Bu baxımdan manatın növbəti dövrlərdəki məzənnəsi Azərbaycan Mərkəzi Bankının qərarından və onun həyata keçirdiyi alətlərdən asılı olacaq".

Teqlər:
FRS, Federal Rezerv Sistemi, ekspert, iqtisadçı, Azərbaycanın milli valyutası, valyuta, valyuta məzənnəsi, manat, dollar, iqtisadçı Vüqar Bayramov, Samir Əliyev, Azərbaycan

Əsas mövzular