02:23 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8782
Люди гуляют по Красной площади в Москве

Rusiyaya qarşı sanksiyalar daha 6 ay uzadılacaq

vvoe
İQTİSADİYYAT
Qısa URL
39301

Avropa İttifaqının bütün üzv dövlətləri Rusiyaya qarşı iqtisadi sanksiyaları daha yarım il müddətinə uzatmaq barədə yekdil fikirdədirlər.

BAKI, 16 dek-Sputnik. Avropa İttifaqının (Aİ) bütün üzv dövlətləri Rusiyaya qarşı iqtisadi sanksiyaları daha yarım il müddətinə uzatmaq barədə yekdil fikirdədirlər. Bu məsələ Aİ-nin sammitində müzakirə olunmayacaq.

Sputnik-in məlumatına görə,bunu Aİ-nın adının çəkilməsini istəməyən yüksək vəzifəli nümayəndəsi deyib.
"Mən hər hansı müzakirənin olacağını gözləmirəm. Bəlkə də yanılıram, lakin mən bunu ölkələrin nümayəndələr arasındakı danışıqlarına əsasən deyirəm" — deyə mənbə bildirib.

Onun sözlərinə görə, Minsk razılaşmalarının yerinə yetirilməsi ilə sanksiyaların uzadılması arasındakı əlaqə hələ də aktuallığını qoruyub saxlayır. Bu da o deməkdir ki, 28 lider növbəti 6 ay ərzində sanksiyaların uzadılmasını dəstəkləyəcək.

Əsas mövzular