15:28 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Pul

Azərbaycanı böyük risklər gözləyir: devalvasiyadan qaçmaq mümkün deyil

report.az
İQTİSADİYYAT
Qısa URL
128001

İqtisadçı-ekspert Rəşad Həsənov: Dolların bahalaşma müddəti birjalarda 6 ay-1 il müddətində davam edəcək. Bu da Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər formalaşdırır.

BAKI, 16 dek-Sputnik. Dünya ölkələrinin diqqəti ABŞ-a yönəlib. Bu gün ABŞ Federal Ehtiyat Sistemi (FED) dolların uçot dərəcələrinin artırılması məsələsini müzakirə edəcək. Bu məsələ sentyabr ayından bəri iki dəfə təxirə salınsa da, bu gün FED dolların uçot dərəcələrinin artırılması barədə qərar çıxaracağı gözlənilir. Dolların bahalaşması ehtimalı bir çox ölkələrdə devalvasiya prosesini sürətləndirə bilər. Eyni zamanda, dünya enerji bazarında neftin dəyərinin 37 dollara düşməsi bu riskləri daha da artırır.

manat
© Sputnik / Farid Babayev

Ekspertlərin proqnozlarına görə, dolların faiz dərəcəsi artırılsa, bu Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Yəni bu halda dolların manata təzyiqi artacaq ki, nəticədə Azərbaycan hökuməti növbəti dəfə devalvasiyaya getmək məcburiyyətində qala bilər.

İqtisadçı-ekspert Rəşad Həsənov cebhe-info-ya bildirib ki, ABŞ iqtisadiyyatında bir sıra müsbət göstəricilərin qeydə alınması və ticarət dövriyyəsinin genişlənməsi səbəbindən dolların uçot dərəcələrinin artırılması ehtimalı böyükdür. Lakin bununla yanaşı, ABŞ-da nəzərdə tutulan inflyasiya səviyyəsindən asılı olaraq, uçot dərəcələri artırılmaya da bilər. Hətta sözügedən məsələ barədə FES üzvləri arasında da fikir birliyi yoxdur: "Hazırda hansı qərarın çıxarılacağını dünya ölkələri, birjalar, o cümlədən Azərbaycan səbirsizliklə gözləyir. Uçot dərəcələri artırılarsa, bu dünya birjalarında, valyuta bazarlarında dolların məzənnəsinin yüksəlməsini qaçılmaz edəcək. Beynəlxalq maliyyə institutları hesab edirlər ki, dolların bahalaşma müddəti birjalarda 6 ay-1 il müddətində davam edəcək. Bu da Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər formalaşdırır. Manata yeni təzyiq dalğası formalaşacaq və bu da növbəti mərhələdə Azərbaycan valyutasının məzənnəsinin yumşaldılması istiqamətində qərarı sürətləndirə bilər. Əks halda isə düşünürəm ki, bu, manat üçün nisbətən bir nəfəslik rolunu oynayacaq və dekabrın 17-dən etibarən birjalarda dolların ucuzlaşması prosesi baş verəcək və Mərkəzi Bankın intervensiya xərclərinin azalmasına səbəb olacaq.

Təbii ki, Federal Ehtiyat Fondunun qərarının Azərbaycan manatı üzərində təzyiqi var. Amma düşünürəm ki, bu göstərici cəmi 5-10 faiz həcmindədir. Manata əsas təzyiqlər neftin qiymətinin ucuzlaşmasından irəli gəlir. Hazırda Mərkəzi Bankın valyuta rezervləri kəskin şəkildə azalır. 2015-ci ilin sonunda dekabr ayının nəticələri açıqlandıqdan sonra biz vəziyyəti daha dəqiq təhlil edəcəyik. Xüsusilə xarici valyutaya tələbin artması gözlənilir. Bu isə o deməkdir ki, dekabr ayında Mərkəzi Bankın ehtiyatları daha sürətlə əriyəcək. Dolların bahalaşması kommersiya bankları üçün əlavə borc yükü yarada bilər.

Bankların devalvasiyadan sonra gəlirlərinin və aktivlərinin həcmi azalır, kreditləşmə tempinin aşağı düşdüyünü nəzərə alsaq, borc öhdəliklərinin şişməsi banklar üçün yaxşı heç nə vəd etmir. Bu problem real sektora da mənfi təsir göstərə bilər. Ona görə ki, biznesin xarici öhdəlikləri banklardan daha çoxdur və eyni zamanda onların bu borcları qarşılamaq imkanları banklarınkından daha azdır.

Самир Алиев_экономист
Личный архив Самира Алиева

Ekspert hesab edir ki, uçot dərəcəsinin artırılması qərarı verilərsə, bu növbəti günlər üçün neftin qiymətinin aşağı düşməsini şərtləndirən amillərdən birinə çevriləcək. Çünki neftin qiyməti ilə ABŞ dollarının məzənnəsi arasında çox böyük kalyeryasiya mövcuddur: "Neftin qiyməti əsasən dolların möhkəmlənməsi fonunda ucuzlaşır. Əgər ABŞ Federal Ehtiyat Fondu da dolların uçot dərəcələrini artırmasa, həm neftin dəyərinin bahalaşması nəticəsində manatın üzərində ağırlıq azalacaq və Mərkəzi Bankın manevr imkanlarını genişləndirəcək. Hazırda konkret fikir söyləmək çətindir.

FES-in bir sıra üzvləri dünya iqtisadiyyatında baş verən prosesləri nəzərə alaraq, uçot dərəcələri ilə bağlı qərarın 2016-cı ilə saxlanılmasını təklif edir. Mən düşünürəm ki, ABŞ Federal Ehtiyat Fondu uçot dərəcələrinin artırılması barədə qərar çıxarmayacaq". Rəşad Həsənov onu da bildirdi ki, son 8 ildə ABŞ iqtisadiyyatında işsizlik səviyyəsinin 5 faizə qədər aşağı düşməsi çox müsbət tendensiyadır. Eyni zamanda, ticarət dövriyyəsinin artması inflyasiyanın artması ilə müşahidə olunsa da, ABŞ hökuməti bu problemin həllində güc tapa bilib. "Ona görə də uçot dərəcələrinin artırılması üçün zəmin formalaşsa da, bu, artım qərarını vermək üçün əsas deyil".

Əlaqədar

Ekspert: Növbəti devalvasiya Mərkəzi Bankın siyasətindən asılıdır
Azərbaycanda vətəndaş Mərkəzi Bankı devalvasiyaya görə məhkəməyə verib
Ekspertlər: devalvasiya qaçılmazdır
Yenidən devalvasiya gözlənilirmi?
Ekspert: Seçkilərə görə ilin sonunadək devalvasiya gözlənilmir
Çində devalvasiya dünyaya nə vəd edir?
Ekspert: İkinci devalvasiya bank sektoru üçün dağıdıcı olacaq
Devalvasiyadan sonra Azərbaycanda dollar 22%, avro isə 20% bahalaşıb
Devalvasiya toy, nişan, ad günlərindəki izafi xərclərə təsir etməyib
Ekspert: Manatın devalvasiya təhlükəsi keçməyib
Teqlər:
valyuta, Mərkəzi Bank, FED, ABŞ Federal Ehtiyat Sistemi (FED), dollar, manatın devalvasiyası, İqtisadçı-ekspert Rəşad Həsənov, Azərbaycan

Əsas mövzular