Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qazaxıstan neft emalı həcmini 17 milyon tona qaldırmağı planlaşdırır

Abunə olmaq
Əlişir Arqimbayev: Qazaxstan ölkədəki neft emalı tətbiqini müasirləşdirməkdə qərarlıdır.

BAKI, 2 dek —Sputnik. Qazaxıstan neft emalı həcmini 17 milyon tona qaldırmağı planlaşdırır.

Sputnik-in məlumatına görə, bunu Neft Sənayesi Ümumdünya Assosiasiyası tərəfindən Bakıda təşkil olunan "MDB ölkələrində neft emalı və neft kimyası həftəsi" 19-cu illik konfransında Qazaxıstan enerji nazirliyinin nümayəndəsi Əlişir Arqimbayev deyib.

Onun sözlərinə görə, ötən ilin nəticələrinə əsasən, ölkədə neft hasilatı 80,8 milyon ton təşkil edib. Bu il 79 milyon ton neftin hasilatı planlaşdırılır. Bundan əlavə, neft emalı göstəriciləri 14,9 milyon ton təşkil edib. Bu il isə təlabat azaldığından, 14,5 milyon ton neftin emalı gözlənilir. Onun sözlərinə görə, Qazaxstan ölkədəki neft emalı tətbiqini müasirləşdirməkdə qərarlıdır. Bununla da, daxili tələbatı tam ödəmək nəzərdə tutulub.

Qazax hökumətinin planlarına görə, neft emalı göstəricisini 14,5 milyondan 17 milyon tona qaldırmaq nəzərdə tutulub. Bunun üçün Qazaxıstanda fəaliyyət göstərən neft emalı zavodlarının modernizasiyası nəzərdə tutulur.

Xəbər lenti
0