09:26 20 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Bank

"Azərbaycan Kredit Bankı"na kreditlərini ödəməyənlər məhkəməyə verilir

CC0 / rawpixel / bank
İQTİSADİYYAT
Qısa URL
3401

Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv edilmiş və ləğvetmə prosesində olan “Azərbaycan Kredit Bankı” ASC-nin əmanətçilərinə əmanətlərin verilməsi prosesi yekunlaşıb.

BAKI, 27 noy — Sputnik. Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv edilmiş və ləğvetmə prosesində olan “Azərbaycan Kredit Bankı” ASC-nin əmanətçilərinə əmanətlərin verilməsi prosesi yekunlaşıb.

Bankın ləğvedicisi “Azerbaijan İnternational Consultinq Company” MMC-nin direktoru Natiq Yusifoğlu “APA-Economics”ə bildirib ki, artıq əmanətlərin 99%-i geri qaytarılıb.

“Azərbaycan Kredit Bankı” ASC-nin əmanətçilərinin əmanətləri qaytarılıb. Əmanətlərin qaytarılması ilə bağlı heç bir narahatlıq yoxdur. Gəlib öz vəsaitini almayan şəxslər olduğundan ödənilməyən məbləğlər var. Bu şəxslər vəsaitlərini geri almağa maraq göstərmir, gəlmir. Biz onların hər birinin yaşadıqları ünvana bildiriş yazmışıq ki, onlar gəlib, qalıq vəsaitlərini götürsünlər. Əmanətçilərə ödənilməli məbləğ 10-15 min manat civarındadır. Kreditorların banka qarşı kiçik məbləğlərdə tələbləri oldu. Onlar qeydə alındı və tələbləri də ödənildi”, — deyə N. Yusifoğlu vurğulayıb.

N. Yusifoğlu bildirib ki, hazırda banka qarşı kredit öhdəliyini yerinə yetirilməsi istiqamətində iş gedir: “Hazırda kredit dosyeləri üzrə vaxtı çatmış kreditlərə, yəni ödənilməyən kreditlərə görə, məhkəmələrdə iddialar qaldırılır. Həmin vəsaitlərin toplanması istiqamətində iş gedir. Banka borclu olan şəxslərdən vəsaitlərin toplanması istiqamətində iş gedir. Bu prosesin uzun və ya qısa zaman tələb etməsi işlərin gedişatından asılı olacaq. Bunu proqnozlaşdırmaq mümkün deyil. Hər bir kreditin bitmə müddəti var. Kreditlərdən 2017-ci ilə vaxtı çatanı var, 2018-ci ildə vaxtı çatanı var. Əgər  kreditin vaxtı 2018-ci ildə bitirsə  və kreditor 2-3 ay ərzində krediti ödəməzsə, məhkəməyə müraciət edib vaxtından əvvəl kreditin geri qaytarılması tələb olunacaq”.

N. Yusifoğlu əlavə edib ki, “Azərbaycan Kredit Bankı” öhdəliklərini yerinə yetirməsində problemi yoxdur. Bunu əsas gətirən N. Yusifoğlu bankın sahib olduğu əmlakın satışına zərurət qalmadığını bildirir: “Əgər bankın pul  vəsaitləri kreditorların tələblərini ödəməyə yetərlidirsə, bu halda həmin bankın əmlaklarının satışa çıxarılmasına zərurət yaranmır. Hazırda Azərbaycan Kredit Bankının götürdüyü öhdəlikləri yerinə yetirməyə tam gücü çatır, yəni pul vəsaitləri yetərlidir. Belə olan halda əmlakların satışına zərurət qalmır və sonda bu əmlak bankın səhmdarlarına qaytarıla bilər. Çox güman ki, belə də olacaq”.

Əsas mövzular