Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İran OPEK-dən neft hasilatını azaltmağı xahiş edib

© AFP 2023 / ALEXANDER KLEINOPEC
OPEC - Sputnik Azərbaycan
Abunə olmaq
Bijan Namdar Zanqane: OPEK razılaşdırılmış kvotadan artıq neft hasil edir.

BAKI, 21 noy-Sputnik. İran Neft İxrac Edən Ölkələr Təşkilatı — OPEK-dən (OPEC) müəyyən edilmiş kvota çərçivəsində qalmaq üçün neft hasilatının həcmini azaltmağı xahiş edib.

Sputnik-in məlumatına görə, bu barədə İranın neft naziri Bijan Namdar Zanqane bildirib.

"OPEK razılaşdırılmış kvotadan artıq neft hasil edir. Mən onlardan neftin hasilatını kvotaya uyğun olaraq azaltmağı xahiş etdim. Bu o demək deyil ki, İran neft hasilatının həcmini artırmayacaq, çünki bazara qayıtmaq — bizim haqqımızdır" — deyə Zanqane qeyd edib.

"Mən dekabrın 4-də kvota üzrə yeni sazişin əldə ediləcəyini düşünmürəm", deyə nazir əlavə edib.

"Neft hasilatını əvvəlki səviyyəyə qaytarmaq üçün bizə kiminsə razılığını almaq lazım deyil" deyən Zanqane İranın bazara qayıtması məsələsinə baxılması üçün OPEK-ə məktub göndərdiyini qeyd edib.

Xəbər lenti
0