Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

OPEK neft hasilatını artıracaq

© AFP 2023 / ALEXANDER KLEINOPEC
OPEC - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ analitikləri neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, OPEK-in hasilatı artıracağını proqnozlaşdırıblar.

BAKI, 8 noy-Sputnik. ABŞ analitikləri hesab edirlər ki, dünyada neftin qiymətlərinin azalmasının davam etməsinə və qiymətin dinamikası ilə bağlı bədbin proqnozlara baxmayaraq, OPEK (Neft İxrac Edən Ölkələr Təşkilatı — OPEC)neftinin hasilatı artmağa davam edəcək.

ABŞ-ın "JP Morgan" bankının analitiklərinin gözləntilərinə əsasən, 2016-cı ildə OPEK neftinin orta hesabla hasilatı sutkada 32,2 milyon barel təşkil edəcək.

Sputnik xəbər verir ki, Trend-in əldə etdiyi məruzədə analitiklər OPEK hasilatının gələcək artımının əsasən İranın əlavə neft həcmləri, İraq və Səudiyyə Ərəbistanında hasilatın artması hesabına təmin ediləcəyini bildirirlər. Bundan başqa, BƏƏ-də hasilatın artması üçün potensial var.

Xəbər lenti
0