Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert banklardakı depozitlərin taleyindən danışdı

© report.azPul
Pul - Sputnik Azərbaycan
Abunə olmaq
Vüqar Bayramov: Hal-hazırda banklarda qorunan əmanətlərin qaytarılması təhlükəsi deyil, sığorta mexanizmlərinin təkmilləşdirilməsi müzakirə olunmalıdır.

BAKI, 5 noy — Sputnik. Son günlərdə cəmiyyəti daha çox narahat edən məsələlərdən biri banklardakı depozitlərin taleyi ilə bağlıdır.

Sptunik xəbər verir ki, iqtisadçı alim Vüqar Bayramov bununla bağlı öz “Facebook” səhifəsində məsələyə aydınlıq gətirərək bilridib ki, bu əsasən Əmanətlərin Sığortalanması Fondunun hələ də əmanətlərin sığortalanan faizi ilə kredit faizləri arasında əlaqə formalaşdırmaması siyasəti ilə əlaqədardır.”Sual sadədir: Əmanətlərin Sığortalanması Fondundakı 109 milyon manatın ümumi sığortalanmış əmanətlərin 2.2%-ni təşkil etməsi depozitlərin qorunması baxımdan problem yaradırmı? Ümumiyyətlə, fondda nə qədər pul saxlanılmalıdır? Birmənalı şəkildə, fondun aktivləri ilə qorunan əmanətlər arasındakı mövcud nisbət sığortalanan depozitlərin taleyi ilə bağlı risk formalaşdırmır”, — deyə ekspert vurğulayıb. 

Onun sözlərinə görə, əvvəlla, beynəlxalq praktikada bu tip fondların aktivlər ilə sığortalanan əmanətlərin həcmindəki payı ilə bağlı konkret heç bir standart yoxdur: “Bu hər bir fondun öz maliyyə siyasətindən və istifadə etdiyi alətlərin xarakterindən asılı olaraq müəyyənləşdirilir. İkincisi, regionda iqtisadiyyatı müqayisəli inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, əksər oxşar fondların aktivləri ilə sığortalanan əmanətlərin həcmi arasında kəskin fərq var və bu da iqtisadi baxımdan normal qəbul edilir. Məsələn, Rusiyada Əmanətlərin Sığortalanması Fondunun aktivlərinin həcmi 83.6 milyard rubldur (1 milyard 326 milyon dollar), sığortalanan əmanətlərin həcmi isə 18.2 trliyon rubldur (290 billion 476 million dollar). Şimal qonşumuzda fondun aktivlərin ümumu sığortalanan əmanətlərdə payı cəmi 0.45 faizdir. Amma bu o anlama gəlirmi ki, Rusiyada bütün vətəndaşların əmanətləri təhlükədədir? Təbii ki, yox. Üçüncüsü, fondun aktivlərin genişləndirilməsi daha çox bankların üzvlük haqqının artırılması yolu ilə mümkündür ki, bu da arzuolunan deyil. Çünki bu bankların xərclərinin artmasına və bir sıra məhsullarının bahalaşmasına səbəb olacaq. Nəticədə maliyyə bazarına daha bahalı məhsullar təklif ediləcək. Bu cür fondlar adətən riskli bazar alətlərinə yatırım etmirlər- hətta potensial gəlirlilik səviyyəsi yüksək olsa da. Fondun vəsaitlərinin isə nisbətən risksiz alətlərə sərmayə etməklə vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirin həcmini artırmaq olar. Təbii ki, fondun maliyyə bazarında daha aktiv iştirakı arzuolunandır: ancaq bu az riskli istiqamətlər üzrə olmalıdır. Dördüncüsü, bütün və ya əksər bankarın eyni zamanda müflis olması nəzəri baxımdan mümkün olsa da, praktik olaraq inandırıcı deyil. Eyni zamanda, 7 bankın üzrə hərəkətlər planlaşdırılmır, əksinə bu proses başa çatmaq üzrədir. 5 bank üzrə bu proses bitib, 2 bank üzrə tamamlanmaq üzrədir. Evrobankda əmanətlər yox idi, Azərbaycan Kredit Bankının aktivləri passivlərindən çox olduğu üçün xüsusi müdaxiləyə ehtiyac olmadı. Deməli, söhbət gələcək deyil, keçmiş zamandan gedir. Beşincisi, hər hansı bankın müflis olması sığorta hadisəsinin baş verməsi anlamına gəlmir. Sığorta hadisəsi müflis olan bankın öhdəlikləri mövcüd aktivlərindən çox olduğu halda baş verir.”

Ekspert hesab edir ki, ona görə də, bir neçə bankda olan əmanətlərin həcmini fondun aktivləri ilə müqayisə etmək olmaz: “29 milyard manatdan çox aktivləri olan banklarda əhalinin əmanətlərinin cəmi 7.6 milyard manat olduğunu nəzərə alsaq gələcəkdə hər hansı təhlükə olduğu halda heç də bütün banklarda sığorta hadisəsinin baş verməyəcəyi aydın görünür. Altıncısı, hal-hazırda banklarda qorunan əmanətlərin qaytarılması təhlükəsi deyil, sığorta mexanizmlərinin təkmilləşdirilməsi müzakirə olunmalıdır. Mərkəzi və Şərqi Avropa ölkələrində 100 min avroyadək bütün əmanətlər sığortalanır.”

Onun fikrincə, Azərbaycanda qorunan əmanətin maksimum həcmi sözügedən ölkələr ilə müqayəsədə 3 dəfədən çox azdır: “Bu da evdə saxlanan pulların banklara əmanət kimi cəlb edilməsinə maneə olur. Fondun mövcud siyasəti hələ də əmanətlərin sığortalanan faizi ilə kredit faizləri arasında əlaqə formalaşdırmayıb. Amma bunlar heç də o anlama gəlməməlidir ki, qorunan əmanətləri olan vətəndaşlar arasında müəyyən narahatçılıq yaranmalıdır. Əksinə, fondun fəaliyyətini təkmilləşdirməklə daha çox əmanət cəlb etmək mümkündür və bunun da edilməsi olduqca vacibdir. Əmanət qorunursa o bütün hallarda qaytarılmalıdır: hətta borclanma hesabına olsa da belə.”

Xəbər lenti
0