Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması qanunu imzalanıb

© AZƏRTACİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə fərman imzalayıb.

BAKI, 26 okt — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə fərman imzalayıb.

Sputnik-in məlumatına görə, müəyyən edilib ki, bu fərmanın müddəaları vergi yoxlamalarına şamil edilmir.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı” təsdiq edilib. Siyahıda nəzərdə tutulan yoxlamalara aşağıdakı məhdudiyyətlər müəyyən edilib:

Yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır;

Siyahının 1.4-1.6-cı bəndlərində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla, yoxlamalar İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır;

Sahibkarın fəaliyyətinə tətbiq edilən istehsalın və ya malın satışının dayandırılması, habelə digər məhdudlaşdırıcı tədbirlər yalnız İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə tətbiq edilir.

Ədliyyə Nazirliyinə isə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin aparılma qaydasının təkmilləşdirilməsinə dair təkliflərini İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə 1 ay müddətində hazırlamaq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə İqtisadiyyat və Sənaye Nazirliyinin real vaxt rejimində tam inteqrasiyasını təmin etmək və bu barədə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Vergilər Nazirliyi sahibkarların Azərbaycanda sahibkarlıq fəaliyyətini dayandırması barədə vergi orqanlarına müraciət etdiyi hər bir hal barədə dərhal İqtisadiyyat və Sənaye Nazirliyini məlumatlandırmalıdır.

İqtisadiyyat və Sənaye Nazirliyi isə sahibkarların nazirliyin “Qaynar xətt”inə daxil olan müraciətlərinin operativ araşdırılmasını təmin etməlidir,  sahibkarların Azərbaycanda sahibkarlıq fəaliyyətini dayandırmasına dair müraciətləri barədə Vergilər Nazirliyindən daxil olmuş məlumatlar əsasında sahibkarlıq fəaliyyətinin dayandırılması səbəblərinin araşdırılması və həmin səbəblərin aradan qaldırılması üçün mümkün olan tədbirləri görməli və ya təkliflər verməlidir, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanundan irəli gələn tələblərin pozulması hallarını aşkar etdikdə, bu barədə məlumatları Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim etməlidir.

Baş Prokurorluğa isə tövsiyə edilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanundan və bu fərmandan irəli gələn tələblərin pozulmasına dair məlumatların araşdırılmasını və aşkar olunmuş hüquq pozuntuları barədə müvafiq tədbirlərin görülməsini təmin etməli, bu barədə Azərbaycan prezidentinə mütəmadi məlumat təqdim etməlidir.

Xəbər lenti
0