11:52 26 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9996
Vüqar Bayramov

Azərbaycanlı alim G20 çərçivəsində keçirilən tədbirlərə qatılacaq

© Foto: Facebook / vugar.bayramov.7
İQTİSADİYYAT
Qısa URL
4711

Toplantı daxilində eyni zamanda T20 (Beyin iyirmilik) tədbirinin təşkil edilməsi nəzərdə tutulur. Tədbirdə Azərbaycanın ekspert cəmiyyətini İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov təmsil edəcək.

BAKI, 26 okt — Sputnik. Böyük İyirmiliyin (G20) Zirvə Toplantısı bu il noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində təşkil ediləcək.

G20-ə 2015-ci ildə ev sahiblik edən Türkiyə qonaq ölkə kimi Azərbaycanı da toplantıya dəvət edib. Tədbirdə 20-dən artıq ölkə prezidentlərinin sədrlik etdiyi nümayəndə heyətləri iştirak edəcək. Toplantı daxilində eyni zamanda T20 (Beyin iyirmilik) tədbirinin təşkil edilməsi nəzərdə tutulur. Tədbirdə Azərbaycanın ekspert cəmiyyətini İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov təmsil edəcək. 

Vüqar Bayramov bildirib ki, sözügedən toplantıda dünyanın aparıcı ölkələrini təmsil edən beyin mərkəzlərinin rəhbərləri iştirak edəcək. Nümayəndə heyətlərinin Beyin İyirmiliyin tədbirində iştirakla yanaşı G20 çərçivəsində keçirilən bir sıra tədbirlərə qatılmaq imkanı da olacaq. Tədbirdə eyni zamanda Azərbaycan Prezidentı Yanında Strateji Araşdırmalar Mərkəzi iştirak edəcək. İqtisadçı alim deyib ki, tədbir çərçivəsində qlobal innovasiya, dayanıqlı sənayeləşmədə yeni texnologiyaların rolu, qlobal maliyyə tənizmləmələri və s. qlobal əhəmiyyətli məsələlər müzakirə ediləcək. Tədbirdə eyni zamanda qlobal beyin mərkəzlərinin gələcək fəaliyyətlərinin koordinasiyası ilə bağlı yeni platformanın hazırlanması və inkişaf etdirilməsi gözlənilir.

Qeyd edək ki, iqtisadçı alimin tədbirdə iştirakı Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənir.

Əsas mövzular