Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: 2016-ci ildə yeni neft böhranı yaşanacaq

© publikaИльхам Шабан
Ильхам Шабан - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanının Avropa ölkələrinə, xüsusən də Şərqi və Mərkəzi Avropa ölkələrinə Rusiyadan daha ucuz neft satmaq təklifi sırf bazar uğrunda apardığı mübarizədir. Bunu Sputnik-ə açıqlamasında ekspert İlham Şaban deyib.

BAKI, 22 okt — Sputnik. Səudiyyə Ərəbistanının Avropa ölkələrinə, xüsusən də  Şərqi və Mərkəzi Avropa ölkələrinə Rusiyadan daha ucuz neft satmaq təklifi sırf bazar uğrunda apardığı mübarizədir.

Bunu Sputnik-ə açıqlamasında  ekspert İlham Şaban deyib. 

Onun sözlərinə görə, burada siyasi aspektlər olsa da, bu, əsasən bazar uğrunda gedən mübarizənin tərkib hissəsidir. 

“Artıq Səudiyyə Ərəbistanı real olaraq görür ki, İran sanksiyalrdan öncə itirdiyi  bazara  girmək uğrunda ciddi  səylər göstərir və treyderlərlə, iri neft alıcıları və oyunçuları ilə danışılara gedib, onlara  sərfəli təkliflərlə aşağı qiymətə neft təklif edir. İran artıq Çin, Hindistan, Yaponiya, Koreya kimi iri neft alıcıları ilə müəyyən razılaşmalar əldə edib. Bu da təbii ki, bazarın itirilməsi deməkdir. Ona görə də Səudiyyə Ərəbistanı çevik marketinq siyasətini həyata keçirməklə Avropa ölkələrinə ucuz neft satmaq təklifi ilə çıxış edib. Biz bunun nəticələrini 2016-cı ildə görəcəyik”, — deyə ekspert vurğulayıb.

Ekspert onu da əlavə etdi ki, neft bazarında İranla Səudiyyə Ərəbistanı arasında əbədi rəqabət olub və bu ölkələr əzəli olaraq regiondan kənar bölgələr uğrunda mübarizə aparıblar.

“Bunun tarixi var və bu ölkələrdən biri güclənən kimi öz siyasi təsir dairəsini genişləndirmək uğrunda mübarizə aparır. Səudiyyə Ərəbistanının Rusiyanın əsas neft bazarı olan Avropaya daxil olma cəhdi də məhz bununla bağlıdır. O bu yolla İranın Avropadakı mövqelərini zəiflətmək istəyir”, — ekspert qeyd etdi.

Ekspertin fikrincə, burada Rusiyaya hansısa siyasi mesaj verilməsini də istisna etmək olmaz, xüsusən də bunu Moskvanın Suriyada tutduğu mövqe ilə izah etmək olar. 

Bazar uğrunda aparılan mübarizənin  neftin ucuzlaşmasına təsirindən danışan ekspert bildirdi ki, bu neft hasilatının artmasına  gətirib çıxaracaq: “Dünyada neft hasilatının artması isə 2016-ci ildə yeni neft böhranı yaradacaq. Bundan sonra  neft hasil edən ölkələr hasilatı azaltmaq  məcburiyyəti qarşısında qalacaqlar.

Neftin qiymətinə gəldikdə isə deyə bilərəm ki, bu bazardan asılıdır və bunun bir sıra səbəbləri var. Bu barədə nəsə demək çətindir. Ancaq ona ümid etmək olar ki, sinoptiklər qışın, xüsusən də fevralın soyuq keçəcəyini proqnozlaşdırırlar. O zaman enerjiyə olan tələbat arta bilər və bu da öz növbəsində neftin qiymətinin artımına təsir edə bilər.”

Ekspert sonda onu da əlavə etdi ki, dünya enerji bazarında baş verən proseslər Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir.

“Çünki Azərbaycan iqtisadiyyatı neftdən asılı olduğundan dünya bazarında baş verənlər ona birbaşa  təsir edir. Əgər 2014-cü ildə Neft  Fondunun təkcə neftdən gələn gəliri 15,3 mlrd. dollar idisə, 2015-ci ilin 6 ayında bu gəlir 3.5 mlrd. dollar  təşkil edib. Qoy gəlir ilin sonunadək 7 mlrd. dollar  olsun. Bu gəlir yenə də 2014-cü ildəkindən iki dəfə  az gəlir deməkdir. Bu da öz növbəsində büdcənin formalaşmasına, xarici ticarət balansına, ÜDM-ə öz təsirini göstərir. Ona görə də Azərbaycan hökuməti iqtisadiyyatı şaxələndirməli və qeyri-neft sektoruna qoyulan sərmayənin verdiyi mənfəət haqqında düşünmılidir”, — deyə ekspert əlavə etdi.

Xəbər lenti
0