18:31 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
7101

Azərbaycan Mərkəzi Bankı “Yunayted Kredit Bank”a əmanət qəbulunu qadağan edib.

BAKI, 21 sen — Sputnik. Azərbaycan Mərkəzi Bankı “Yunayted Kredit Bank”a əmanət qəbulunu qadağan edib. Bu barədə fins.az-a bankdan bildirilib.

Bununla yanaşı, kredit təşkilatından qadağanın səbəbi barədə açıqlama verilməyib. Yalnız o bildirilib ki, bank əmanət qəbul edə bilmədiyi üçün kreditləşməni də dayandırmağa qərar verib. Xatırladaq ki, bir qədər əvvəl məhkəmə çəkişməsi ucbatından “Yunayted Kredit Bank”ın həm ölkədaxili, həm də ölkəxarici hesablarına həbs qoyulmuşdu. Son nəticədə bankın əmanətçiləri pullarını geri götürə bilmirdilər.

Hazırda isə bankdan bu problemin həll olunduğu bildirilir.

Teqlər:
bank, kredit təşkilatı, Yunayted Kredit Bank, Azərbaycan Mərkəzi Bankı

Əsas mövzular