03:15 23 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
Haker

"Amrahbank": haker hücumları bankın işinə təsir etməyib

CC0 / genesis_3g / hacker
İQTİSADİYYAT
Qısa URL
7501

"Amrahbank" rəsmi saytına bu gün edilən haker hücumu ilə əlaqədar açıqlama yayıb.

BAKI, 11 sen — Sputnik. "Amrahbank" rəsmi saytına bu gün edilən haker hücumu ilə əlaqədar açıqlama yayıb.

Bankın İdarə Heyətinin üzvü Nəcəf Cəfərli “APA-Economics”ə bildirib ki, artıq kiberhücumun fəsadları aradan qaldırılıb və bankın rəsmi saytı normal qaydada fəaliyyət göstərir. "Bildiyiniz kimi, bankımızın rəsmi saytına kibehücumlar baş tutub. Öncədən deyim ki, hücumlar bankın əməliyyat fəaliyyətinə heç bir təsir etməyib. Bizim kifayət qədər güclü mütəxəssislərimiz var və onlar dərhal hücumların fəsadlarını aradan qaldırmaqla məşğul oldular. Bunun nəticəsidir ki, saytımız qısa bir müddət ərzində normal fəaliyyətini bərpa etdi", — deyə o bildirib.

N. Cəfərli qeyd edib ki, veb-saytın bankın əməliyyat sistemi ilə bağlılığı yoxdur. Bank rəsmisi əlavə edib ki, bank heç bir ziyan görməyib və müştərilərin bank məlumatları hər bir zaman qorunur.

Əsas mövzular