03:27 22 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Bank Technique

"Moody`s" "Bank Technique"nin reytinqini geri çağırıb

sputnik.az
İQTİSADİYYAT
Qısa URL
3801

Bankın yerli və xarici valyutada olan qısamüddətli depozit reytinqi aşağı səviyyədədir.

BAKI, 10 sent-Sputnik. Bu gündən etibarən "Moody`s" beynəlxalq reytinq agentliyi "Bank Technique" ASC-yə verdiyi reytinqi geri çağırıb.

Sputnik "APA-Economics"ə istinadən xəbər verir ki, hazırda bankın həm milli valyutada olan uzunmüddətli depozit reytinqi, həm də xarici valyutada olan uzunmüddətli depozit reytinqi "Caa2" səviyyəsindədir.

Yerli və xarici valyutada olan qısamüddətli depozit reytinqi aşağı səviyyədədir.

Agentlik bankın kreditləşmə qabiliyyətini "Caa3" səviyyəsində qiymətləndirir.

Reytinqin geri çəkilməsinə gəlincə, agentlik bunu "öz biznes əlaqələri" ilə bağlayıb.

"Moody`s" qeyd edir ki, 2014-cü ilin iyunun 30-a bankın məcmu aktivləri 68,5 mln. manata, nizamnamə kapitalı isə 49,8 mln. manat təşkil edir. Həmin dövr üçün bankın xalis mənfəəti 1,3 mln. manat olub.

 

Teqlər:
Caa3, Moody`s, Bank Technique, reyting, Bank, Azərbaycan

Əsas mövzular