23:58 25 Fevral 2018
Canlı yayım
flydubai Boeing 737-800 NG

Aviaşirkət endirim kampaniyasına start verdi

flydubai
İQTİSADİYYAT
Qısa URL
4501

Bu gün flydubai şirkəti şəbəkəsinin bütün istiqamətləri üzrə ilk geniş satış kampaniyasının başlanması haqqında bəyan edib.

BAKI, 8 sen — Sputnik. Bu gün flydubai şirkəti şəbəkəsinin bütün istiqamətləri üzrə ilk geniş satış kampaniyasının başlanması haqqında bəyan edib.

Endirimə əsasən, Dubay və bir sıra digər aviamarşrutlar üzrə biznes və ekonom sinifləri üçün aviabiletlərə 30% endirim təklif edilir. Endirim 20 sentyabra kimi bron edilmiş 2015-ci ilin 1 oktyabrından 2016-cı ilin 30 iyununa kimi müddətə aid olan bütün biletlərə şamildir.

Sərəncamında 49 müasir Boeing 737-800 Next-Generation təyyarələri olan flydubai şirkəti hər həftə 90-dan çox istiqamət üzrə 45 ölkəyə 1600-dan çox uçuşlar yerinə yetirir. Aviaşirkət, İran körfəzi, Yaxın Şərq, Afrika, Qafqaz, Mərkəzi Asiya ölkələrini və Hindistanı əhatə edən geniş aviamarşrutlar şəbəkəsinə malikdir.

Dubay, Şərqlə Qərbin yolayrıcında, müxtəlif mənşəli və müxtəlif mədəniyyətlarə malik olan insanları birləşdirən dinamik inkişafda olan qlobal regionun düz mərkəzində yerləşir. Dubay, Ərəb səhrasında yerləşən, öz futurustik şəhər mənzərələri ilə fərqlənən kosmopolit oazisdir. Ticarət mərkəzləri, qapalı dağ-xizək kompleksləri səhra safariləri, dünyanın ən hündür binası ilə məşhurlaşan Dubay şəhəri, istər ailəvi istirahət edənlər üçün, istərsə də ən sınanılmış səyahətsevərlər üçün bir çox diqqətəlayiq yerlərini və zəngin əyləncələrini təklif edir.

flydubai şirkətinin biznes sinfi, sərnişinlərin yüksək komfort və fərdi xidmət şəraitində uçüşlarını təmin edir, populyar və rahat ekonom sinfi isə, sərnişinlər üçün daha çox marşrutlar üzrə daha əlverişli səyahət etmək imkanları açır.

20 sentyabra kimi 30% endirimli biletinizi bron edərək flydubay ilə istədiyiiz yerə uça bilərsiniz. Şərtlər və qaydalar haqqında daha ətraflı məlumat ilə flydubai.com saytında tanış ola bilərsiniz.

Əsas mövzular