04:15 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
801

Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 5,1 faiz olub.

BAKI, 14 avq — Sputnik. Azərbaycan əhalisinin 2015-ci ilin birinci yarım ilindəki gəlirləri 23,6 mlrd. manat təşkil edib.

Bu barədə məlumat Sputnik-ə Statistika Komitəsindən verilib.

Məlumatda bildirilir ki, 2015-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 23,6 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2484,1 manat və ya ayda 354,9 manat təşkil edib. 

Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 5,1 faiz olub. 

Bu dövr ərzində gəlirlərin 74,1 faizi son istehlak xərclərinin, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 14,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. 

Əhalinin sərəncamında qalan gəlirlər 21,4 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 6,5 faiz artıb. 

Teqlər:
Statistika Komitəsi, Dövlət Statistika Komitəsi, Azərbaycan

Əsas mövzular