21:21 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9474
birja

Azərbaycan Dövlət Neft Fondu Çində 17 milyon dollar itirdi

forexaw.com
İQTİSADİYYAT
Qısa URL
50321

Son iki gündə Azərbaycanın Dövlət Neft Fondu Çinin həyata keçirdiyi devalvasiyaya görə, nisbi olaraq 17,4 milyon dollar itirib.

BAKI, 12 avq — Sputnik. Son iki gündə Azərbaycanın Dövlət Neft Fondu Çinin həyata keçirdiyi devalvasiyaya görə, nisbi olaraq 17,4 milyon dollar itirib.

Fond Çində istiqrazlara 3 milyard yuan yatırmaq üçün icazə aldığını açıqlamışdı.

“Marja”nın məlumatına görə, Çin Mərkəzi Bankı son iki gündə yuanı dollar qarşısında cəmi 3.48 faiz ucuzlaşdırıb. Dünən ölkədə 1.86%-lik, bu gün isə 1.62%-lik devalvasiya həyata keçirilib. Çin məzənnəni, rəsmi olaraq müəyyən etdiyi bir orta nöqtədən idarə edir və yuan bu orta nöqtədən gündə 2 faiz yuxarı və ya aşağı gedə bilir. Çin Mərkəzi Bankı (PBOC) dünən orta nöqtəni 6.1162-dən 6.2298-ə dəyişmişdi. Bu gün Çin Mərkəz Bankı, dollar/yuan məzənnəsi üçün müəyyən olunan orta nöqtəni 1,62 faiz yüksəldərək 6,3306 səviyyəsinə çıxardıb

Əsas mövzular