04:03 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
TANAP

İran 2020-ci ildən sonra TANAP-dan istifadə edə bilər

Новости-Азербайджан
İQTİSADİYYAT
Qısa URL
5610

İlham Şaban: İran Cənubi Qafqaz qaz kəməri xəttindən, xüsusən də TANAP və TAP kəmərindən istifadə etməklə öz qazını Avropaya çıxara bilər.

BAKI, 12 avq – Sputnik. İran Cənubi Qafqaz  qaz kəməri xəttindən, xüsusən də TANAP və TAP kəmərindən istifadə etməklə öz qazını Avropaya çıxara bilər. Çünki Azərbaycanın boru infrastrukturları digər ölkələrə açıqdırlar və  onlar bu infrastrukturlardan istifadə etməklə öz enerji resurslarını dünya bazarlarına çıxara bilərlər.

Bunu Sputnik-ə ekspert Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban son günlərdə İran tərəfinin  Azərbaycanın qaz infrastrukturlarından istifadı etməklə Avropa bazarlarına çıxması haqqında səsləndirdiyi fikirlərə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə,  bu məsələ Azərbaycan tərəfinin marağındadır, çünki rəsmi Bakı özünün regional infrastruktur qaz layihələrini gerçəkləşdirməyə başlayarkən bəyan edib ki, onlar təkcə Azərbaycanın ehtiyaclarını ödəmək üçün inşa edilmir: “Həm Azərbaycan prezidenti, həm xarici işlər naziri, həm də SOCAR prezidenti müxtəlif səviyyəli görüşlərdə dəfələrlə bəyan ediblər ki, Azərbaycanın boru infrastrukturları digər ölkələrin analoji nəqletmə sistemlərindən fərli olaraq üçüncü tərəflər üçün açıqdırlar və qarşılıqlı maraqlar nəzərə alınmaqla butun regionun resurslarının dünya bazarlarına çıxarılmasına xidmət edir və edəcəklər. Bu isə Azərbaycanın regional inkişafa verdiyi bir töhfədir.”

Bəs İran qazı Azərbaycan infrastrukturu ilə Avropaya nə zaman nəql edilə bilər sualına gəldikdə isə ekspert bildirdi ki, bu  ancaq  TANAP və TAP boru kəmərlərinin genişləndirilməsi həyata keçirildikdən sonra mümkündür. “ Bu isə ən tezi 2023-cü ildə həyata keçirilə bilər”, — deyə o bildirib.

Ekspert hesab edir ki, bu baxımdan İran qazla zəngin bir ölkə kimi təbii ki, gələcəkdə öz resurslarının dünyanın müxtəlif bazarlarına çıxarılmasında maraqlı olacaq: “Həmin bazarlardan biri də Avropadır. İran Avropaya qazını Fars körfəzindən həm gəmilərlə (maye qaz şəklində), həm də boru kəməri vasitəsilə göndərə bilər. Boru kəməri ilə ən qısa marşrut Türkiyə üzərindən keçən yoldur ki, burada da SOCAR-ın operatorluğu ilə 2018-ci ildən ərsəyə gələcək TANAP layihəsini göstərmək olar. Ancaq İran 2018-ci ildən ondan yararlana bilməz, çünki TANAP-ın 2018-ci ildə istifadəyə verilməsi o demək deyil ki, qazı Avropa bazarına çatdırmaq mümükündür. Belə ki, TANAP-ın birləşəcəyi TAP kəməri qazı yalnız 2020-ci ilin sonlarında qəbul edə bilər. Ancaq bu zaman onun imkanları yalnız “Şahdəniz-2” layihəsinin qazına hesablanmış olacaq. Eləcə də TANAP-ın ilkin buraxıcılıq gücü də yalnız “Şahdıniz-2” layihəsi ilə məhdudlaşacaq. Ancaq bu yaxın illərdə  deyil,  2020-ci ildən sonra münükün ola bilər. TANAP tam gücü ilə işlədikdən sonra… ”

Qeyd edək ki. son günlər yerli mətbuatda İranın Azərbaycan vasitəsilə dünya bazarlarına qaz tədarükü məsələsinə dair danışıqlara başlamasına dair xəbərlər yer almaqdadır. 

Belə ki, İranın İSNA agentlYİk İranın milli qaz şirkətinin icraçı direktoru Əlirza Kamelininin, şirkətin bu problem üzrə Azərbaycanın dövlət neft şirkəti (SOCAR) ilə ciddi danışıqlara başlaması barədə sözlərindən sitat gətirib.

“Tehran və Bakı qaz ixracı layihəsində müştərək sərmayələrə dair danışıqlar aparıblar, – Kameli bildirib. – Eyni zamanda, İran yaxın üç il ərzində qaz hasilatını artırmağı planlayır”.

İSNA qeyd edir ki, nəhəng qaz ehtiyatları İrana Avropaya əsas qaz təchizatçılarından olmaq imkanını çoxdan verir.

Əslində bu xəbərdə NIGC (National Iranian Gas Corporation) ilə SOCAR arasında hansısa kommersiya və ya layihə danışıqlarına başlaması haqda elə bir məlumat yoxdur. Şirkətin özünün saytında 5 avqust tarixində İran-Azərbaycan hökumətlərarası nümayəndə heyətinin danışıqlarından məlumat yerləşdirilib. SOCAR-la bağlı əlavə heç bir məlumat verilməyib. Yəni SOCAR-ın nümayəndə heyəti ilə İranın qaz şirkəti arasında təsərrüfat-kommersiya məsələlərinin həllinə dair heç bir xəbər yoxdur. Elə SOCAR-ın özü də bununla bağlı bir məlumat yaymayıb ki, İrana nümayəndə heyəti göndərib ki, məhz İran qazının Avropaya nəqli ilə bağlı məsələləri müzakirə etsinlər.

Əsas mövzular