06:44 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
qaz boru kəməri

Qətər qazı Avropaya TANAP və TAP vasitəsi ilə ixrac oluna bilər

112.ua
İQTİSADİYYAT
Qısa URL
39 0 0

Gələcəkdə Qətər dövlətinin qaz ehtiyatı Avropaya TANAP və TAP kəməri vasitəsi ilə ixrac oluna bilər. Bunu İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli İran tərəfinin Qətər qazının öz ölkəsi vastiəsi ilə Avropaya nəqlinə hazır olması ilə bağlı verdiyi bəyanatlara mövqeyini açıqlayarkən deyib.

BAKI. 12 avq — Sputnik. Gələcəkdə Qətər dövlətinin qaz ehtiyatı Avropaya TANAP və TAP  kəməri vasitəsi ilə ixrac oluna bilər. Bunu Sputnik-ə açıqlamasında İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli İran tərəfinin Qətər qazının öz ölkəsi vastiəsi ilə Avropaya nəqlinə hazır olması ilə bağlı verdiyi bəyanatlara mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, dünyanın çox nüfuzlu qurumlarının ekspertlərinin qiymətləndirmələrinə görə, qaz ehtiyatlarına görə dünyada birinci yeri Rusiya, ikinci yeri İran(bəzi ekspertlər brinciliyi İrana verirlər),üçüncü yeri Qatar tutur. 

“Qərb qaz sahəsində Rusiyadan asılılığı azaltmaq üçün alternativ variantlardan istifadə edir və həmçinin İranla münasibətləri qaydaya salıb, onun qazını öz bazarına buraxacağı ehtimalı böyükdür.Ona görə də İran Avropa bazarına çıxmaq üçün TANAP və TAP layıhələri ilə maraqlanır. Bir sıra ekspert qiymətləndirmələrinə görə, İran nüvə proqramını təxirə salmaq müqabilində öz karbohidrogen resursları ilə dünya bazarına, eləcə də öz qazı ilə Avropa bazarına çıxışını təmin edə bilsə və həmçinin bu sahəyə yetərincə investor cəlb edə bilsə, 2030-cu ilə Rusiyanı Avropa qaz bazarından xeyli dərəcədə sıxışdıra bilər. Əgər Qərbin qaz təchizatının şaxələndirilməsi planlarına hansısa kommunikasiya xəttləri ilə geniş planda Qatar və həmin regionun mümkün ölkələri də qoşula bilsə, onda bu proses daha da sürətlənə bilər”, — deyə millət vəkili vurğulayıb.

Millət vəkili əlavə edib ki, ona görə də İrana qarşı sanksiyaların götürülməsi beynəlxalq neft-qaz şirkətləri üçün nəhəng imkanlar açıb: “Nüvə razılaşması pozulmasa, böyük ehtimala demək olar ki, iri sərmayələr hesabına həm İranın həm də onun yerləşdiyi regionun dünya enerji siyasətində rolu daha da artacaq və bu razılaşma qlobal enerji və sərmayə siyasətinə nəzərəçarpan dərəcədə təsir edəcək.”

Teqlər:
Qətər qazı, TAP layihəsi, TAP, TANAP layihəsi, TANAP, İqtisadi və Sosial İnnovasiyalar İnstitutu, millət vəkili Əli Məsimli, Əli Məsimli

Əsas mövzular