BAKI, 4 avq — Sputnik. Azərbaycan Özbəkistandan taxıl ixrac etməyi planlaşdırır.
Sputnik xəbər verir ki, bu barədə Özbəkistanın milli günü münasibətilə keçirdiyi brifinqdə bu ölkənin Azərbaycandakı səfirliyinin müşaviri Cahangir Aminov bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar gedir və bu il Özbəkistandan Azərbaycana taxıl ixrac olunması istisna edilmir.