16:52 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
İQTİSADİYYAT
Qısa URL
3510

Moskva-Vaşinqton münasibətlərinin gərgin olduğu bir dövrdə Səudiyyə Ərəbistanın müttəfiqi ABŞ-ı qıcıqlandıran addım atması diqqət çəkir.

BAKI, 23 iyul – Sputnik. Səudiyyə Ərəbistanı qarşıdakı 5 il ərzində Rusiya iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyacaq. Bu barədə Almaniyanın məşhur DWN qəzeti məlumat yayıb. 

Moskva-Vaşinqton münasibətlərinin gərgin olduğu bir dövrdə Səudiyyə Ərəbistanın müttəfiqi ABŞ-ı qıcıqlandıran bucür addım atması diqqət çəkib. 

Rəqabətin günü-gündən artdığı neft bazarında birbaşa rəqib hesab edilən Səudiyyə Ərəbistanı və Rusiyanın öz aralarında investisiya müqaviləsi imzalaması ekspertləri də çaşdırıb. 

Bəzi politoloqlar, bunu ABŞ-ın geosiyasi arenada zəifləməsi kimi qələmə verib. Amerika Birləşmiş Ştatlarının sözügedən müqaviləyə şübhə ilə baxacağı ifadə edilib.

İki ölkə arasında imzalanan müqavilənin tam mətnini yayımlayan alman DWN qəzeti, razılaşma ilə birlikdə Səudiyyə Ərəbistanının, Rusiyanın infrastruktur, kənd təsərrüfatı, tibb, ticarət və əmlak sahələrinə 10 milyard dollar sərmayə qoyacağını yazıb. 

Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev, məbləğin çox yüksək olduğunu, bu cür təkliflə indiyə kimi qarşılaşmadıqlarını deyib. 

Əsas mövzular